z

Sərnişinlərin vəzifələri

Sərnişinlərin vəzifələri

  • 2.1. Sərnişinlər metropolitenin buraxılış məntəqəsindən daxil olarkən, gediş haqqı ödəməli və ya ödənişsiz keçid hüququ verən sənədi açıq şəkildə təqdim etməlidirlər.
  • 2.2. Sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər.
  • 2.3. Əl yükü elə bükülməli, bağlanmalı və bərkidilməlidir ki, sərnişinlərə xəsarət yetirməsin.
  • 2.4. Daşınmasına icazə verilən əl yükünün sayı ikidən çox olmamalıdır.
  • 2.5. Ödənişsiz keçid hüququnu verən sənəd gediş haqqı ödənilməli olan əl yükünün ödənişsiz apa-rılmasına hüquq vermir.
  • 2.6. Sərnişin və ya hər-hansı əşya platformadan stansiyanın yollarına düşərsə və ya qatarların hərəkətinin təhlükəsizliyinə xələl gətirən hər hansı hadisə baş verərsə, sərnişinlər qatarların qəbulu və ya yola salınması üzrə növbətçiyə, stansiya üzrə növbətçiyə və ya hər hansı metropoliten işçisinə dərhal məlumat verməlidirlər.
  • 2.7. Sərnişinlərin stansiyalarda və vaqonlarda sahibsiz əşya və ya şübhəli əşya aşkar edilərsə, qatarların qəbulu və yola salınması üzrə növbətçiyə, stansiya üzrə növbətçiyə, vaqonun sonundakı “sərnişin-maşinist” rabitəsi ilə qatarın maşinistinə, metropoliten işçisinə və ya polisə dərhal məlumat verməlidirlər.
  • 2.8. Sərnişin platformasında olarkən sərnişinlər aşağıdakılara əməl etməlidirlər:
  • 2.8.1. Qatarı gözləyərkən platforma boyu bərabər paylaşmalı;
  • 2.8.2. Qatar dayandıqda, qatardan düşən sərnişinlərə mane olmamaq üçün vaqonun qapılarının qarşısında dayanmamalı;
  • 2.8.3. Qatar dayanmamış və vaqonların qapıları açılmamış platformanın kənarındakı hüdud xəttini keçməməli;
  • 2.9. Qatarda olarkən sərnişinlər aşağıdakılara əməl etməlidirlər:
  • 2.9.1. Əlillərə, qocalara, hamilə qadınlara və uşaqlı sərnişinlərə oturmağa yer verməli;
  • 2.9.2. Vaqonun qapılarına söykənməməli;
  • 2.9.3. Tutacaqdan tutmalı, qatardan enən sərnişinlərə mane olmamalı;
  • 2.9.4. Enməli olduqları stansiyaya yaxınlaşdıqda, vaqondan rahat düşmək üçün qabaqcadan hazırlaşmalı.