Mətbuat və ictimaiyyətlə əlaqələr

Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Bəxtiyar Məmmədov

Bəxtiyar Miryusif oğlu Məmmədov 1973-cü il avqust ayının 19-da Ağdaş şəhərində anadan olub. 1995-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki - Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1989-cu ildə təhsil aldığı A.S.Makarenko adına Respublika rus dili təmayüllü ümumtəhsil internat məktəbində texnik kimi başlayıb. Mətbuat sahəsində mütəmadi peşəkar fəaliyyətə 1997-ci ildə "Supersport" qəzetində müxbir vəzifəsində başlayıb. Məqalələri azərbaycanca "Batı Yar", "Batı Yar Tanrı Yar", rusca "Баты Яр" və "Танры Яр" təxəllüsləri ilə dərc olunub. Daha sonra qəzetin şöbə müdiri və texniki redaktoru olub. 2000-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan "İdman" qəzetində şöbə müdiri vəzifəsində işləməyə başlayıb. Müxtəlif illərdə həmin qəzetin baş redaktor müavini, baş redaktorun əvəzi vəzifələrində çalışıb. Qəzetin həmkarlar ittifaqı təşkilatının sədri olub. Peşəkar jurnalistika sahəsində 10-dan artıq kütləvi və elektron informasiya vasitəsi ilə əməkdaşlıq edib. Azərbaycan və rus dillərində məqalələri dərc olunub.
2009-cu ildə Bakı metropolitenində "Metro" qəzetinin redaksiyasında müxbir, 2010-2016-cı illərdə redaktor müavini vəzifələrində, 2016-2018-ci illərdə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsində çalışıb. 2018-ci il iyun ayının 12-dən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisidir.
Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatı sahəsində 2 kitabın müəlliflərindən biri, bir neçə kitabın redaktoru olub.
2012-ci il noyabrın 5-də Milli Olimpiya Komitəsinin 20 illiyi münasibəti ilə bədən tərbiyəsi və idman sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Ailəlidir. 1 övladı var.