z

Gediş haqqı

Gediş haqqının ödənilməsi

  • Bir gediş haqqı

    0.40 AZN
Balans artır

Tarix

  • 1967-ci il noyabrın 6-dan istismarı başlanmış Bakı metropolitenində 1992-ci il yanvarın 4-ə qədər gediş haqqı 5 qəpik (SSRI pul vahidi ilə) olub.
  • 1992-ci ildə martın 1-nə qədər bir gediş üçün 15 qəpik , iyun ayınadək 30 qəpik, dekabrın 17-dək 1 rubl ödənilib. 
  • 1992-ci ilin iyun ayında ilk dəfə jeton sistemi tətbiq edilib. 1993-cü il dekabrın 1-də ödəmə vasitəsi kimi talon, 1994-cü il yanvarın 1-dən yenidən jeton sistemi tətbiq edilib. Həmin gündən metroda ilk dəfə gediş haqqının milli pul vahidi – Azərbaycan manatı ilə (3 manat) ödənməsinə başlanılıb.
  • 1994-cü ildə də talon və jeton sistemlərinin tətbiqi bir-birini əvəz edib. 
  • 2006-cı il martın 1-dən gediş haqqının yeganə ödəmə vasitəsi girov haqqı 2 manat olan RFİD (plastik) kartların tətbiqinə başlanılıb.
  • 2015-ci il avqust ayının 8-də ictimai nəqliyyatda inteqrasiya olunmuş ödəniş sisteminin tərkib hissəsi kimi Bakı metropolitenində də “BakıKart”ın tətbiqinə başlanılıb. 
  • 30 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə” 30 sentyabr 2009-cu il tarixli 5 nömrəli və 24 noyabr 2011-ci il tarixli 6 nömrəli qərarları ləğv edilərək, 2018-ci il 1 avqust tarixindən metropolitendə sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 30 qəpik təsdiq edilib.
  • 31 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə” ”İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ləğv edilərək, 2023-cü il 3 fevral tarixindən metropolitendə sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik təsdiq edilib.
  • 6 sentyabr 2023-cü il tarixindən Bakı metropolitenində QR biletlə ödəniş üsulundan istifadə edilməsinə başlanılıb. Pilot layihə kimi, bu üsulla ödəmə imkanı “8 Noyabr” və “Xocəsən” stansiyalarında yaradılıb.
  • 30 dekabr 2023-cü il tarixindən Bakı metropoliteninin bütün stansiyalarında (turniketlərində) QR bilətlə ödəniş sisteminin tətbiqinə başlanılıb.