z

İstifadə qaydaları

İstifadə qaydaları

Metropolitenən istifadə qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilir. Qərarın mətninə keçid: Buradan

  • 1.1. Bu qaydalar Bakı Metropolitenində sərnişindaşımanın təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərə xidmət səviyyəsinin artırılması məqsədi ilə hazırlanmışdır və Bakı Metropolitenindən istifadə edən bütün şəxslərə şamil edilir.
  • 1.2. Bakı Metropoliteninin stansiyaları hər gün saat 06:00-dan 24:00-dək sərnişinlərin girişi üçün açıqdır.
  • 1.3. Sərnişinlər və Bakı Metropoliteninin işçiləri qarşılıqlı nəzakətli olmalı, metropolitenin ərazisindəki qurğu və avadanlıqlarla ehtiyatla davranmalı, təmizliyə, ictimai asayişə və bu Qaydaların tələblərinə riayət etməlidirlər.