Bakı

Diqqətəlayiq yerlər

"Şirvanşahlar Sarayı Kompleksi"


Haqqında

"Şirvanşahlar Sarayı Kompleksi" Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib.Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Yerləşməsi Səbail rayonu Yaxın stansiya İçərişəhər, Sahil İş vaxtı 10:00 - 18:00

Qız Qalası


Haqqında

Qız Qalası Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır Yerləşməsi Səbail rayonu, Neftçilər prospekti Yaxın stansiya İçərişəhər İş vaxtı 09:00 - 18:00

İçərişəhər

  • Yerləşməsi

    Səbail rayonu
  • Yaxın stansiya

    İçərişəhər, Sahil
  • Səfirliklər

    İtaliya səfirliyi, Polşa səfirliyi, İsveçrə səfirliyi, Serbiya səfirliyi, Macarıstan səfirliyi
  • Otellər

    Sultan Inn, Meridian, Museum Inn, Old City Inn, Altstadt, Atropat, Noahs Ark
  • Restoranlar

    Köhnə Şəhər, Karvansaray, Muğam Klubu, Chocolate, Kill Bill, Terrace Garden

Haqqında

İçərişəhər "İçərişəhər", xalq arasında həm də "Qala"və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib[5], 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.

Şəhidlər Xiyabanı

  • Ölkə

    Azərbaycan
  • Şəhər

    Bakı
  • Status

    Xiyaban

Haqqında

Şəhidlər Xiyabanı Bakı şəhərində əsasən Qara Yanvar və Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu kütləvi məzarlıq. Şəhidlər Xiyabanı müxtəlif dövrlər ərzində Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park və Kirov Parkı kimi fəaliyyət göstərmişdir. Ölkə Azərbaycan Şəhər Bakı Status Xiyaban

Heydər Əliyev Mərkəzi

  • Növü

    mədəniyyət mərkəzi
  • Memarlıq

    üslubu futurism
  • Ünvan

    Heydər Əliyev prospekti

Haqqında

Heydər Əliyev Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir. Xalq arasında "İmza Sarayı" adı ilə də tanınır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli , 1886 nömrəli sərəncamı əsasında yaradılıb. Mərkəz Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. Hazırda mərkəzin yerləşdiyi ərazidə əvvəllər Səttarxan adına zavod fəaliyyət göstərmişdir. Zavod 16 ha ərazini əhatə edirdi. Zavodun başqa əraziyə köçürülməsindən sonra, təmizlənmiş ərazidə inşaat işlərinə başlanılmışdır.10 sentyabr 2007-ci ildə binanın təməli qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiq edilmişdir.Mərkəz 101,801 m² ərazini əhatə edir.Binanın tikinti prosesi, dünyanın ən mürəkkəb və maraqlı müasir memarlıq layihələrinə həsr edilən, Discovery Science və Discovery Channel vasitəsiylə yayımlanan məşhur Build It Bigger verilişində işıqlandırılmışdır. Verilişdə Denni Foster qeyd edir ki, "Bu sadəcə mədəniyyət mərkəzi deyil, həm də dünyada öz yerini tutmaq üçün bir vasitədir." 10 may 2012-ci ildə mərkəzin təntənəli açılış mərasimi olmuş və bu hadisə Heydər Əliyevin 89-cu doğum gününə təsadüf etmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva da iştirak etmişlər. 2013-cü ilin oktyabrında Heydər Əliyev Mərkəzi Sinqapurda keçirilən Dünya Memarlıq Festivalında təqdim edilmişdir. 2014-cü ilin iyununda Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə "Design Museum" təşkilatı Zaha Hadidə "İlin dizaynı 2014" mükafatını verib. Zaha Hadidə mükafat Bakıda təqdim edilib.

Beynəlxalq Muğam Mərkəzi

  • Tikilmə tarixi

    6 aprel 2005 — 2008

Haqqında

Beynəlxalq Muğam Mərkəzi Bakıda, dənizkənarı Milli Parkda açılmış mədəniyyət mərkəzi.2008-cu il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam bilicilərinin iştirakı ilə "dəyirmi masa" keçirilmiş və Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı. Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir. 2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunmuşdur. Azərbaycan-YUNESKO əməkdaşlığının bəhrəsi olan Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır. Bina müasir havalandırma və istilik sistemləri ilə təchiz edilmişdir.

Fəvvarələr meydanı


Haqqında

Bakının ilk mərkəzi meydanlarından biri.Meydan Səbail rayonunun ərazisindəki Nigar Rəfibəyli küçəsinin Əhməd Cavad küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini fəvvarələr kompleksi bəzəyir. Meydan XIX-XX əsrə aid memarlıq abidələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Araz” kinoteatrının binası, İSR Plaza oteli, Müqəddəs Qriqori kilsəsi və s. ilə, əhatə olunmuşdur. Meydanı əhatə edən hər üç küçə nəqliyyat vasitələri üçün bağlıdır.

Yanardağ


Haqqında

Yanardağ Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi. Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi - bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə “əbədi odların” olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən «sualtı qayadan qalxan od»dan söz açaraq yazır. “Kaspi dəniz sahillərində sualtı qayalar mövcuddur ki, buradan gecə-gündüz od çıxır. Odun şöləsi ay işığında daha füsünkar görsənərək ətraf sahil torpaqları öz işığında görünən edir”. Bundan başqa, buradakı yanan torpaqlarla bağlı əl-Məsudinin “Muruc əz-zəhəb və məavhin-əl cavhar”, əl-Farisi əl-İstəxrinin “Kitab əl-masalik vəl-mamalik” (“Yollar və məmləkətlər haqqında kitab”), əl-Müqəddəsinin “Əhsən ət-təqasim fi mərifət əl-əqalim” (“İqlimlərim öyrənilməsi üçün ən yaxşı bölgü”), Əbu Həmid əl-Əndəlusi əl-Qərnatinin “Tuhfət əl-əlbab və nuxbat əl-əcab” (“Ağıllara töhfə və möcüzələrin seçilməsi”), Yaqut İbn Abdullah ər-Rumi əl-Həməvinin (1179-1229) “Mucəm əl-Büldən” (“Ölkələrin lüğəti”), Əbu Duləf əl-Yənbuinin “Risalələr”, X əsrə аid “Hudud əl-Аləm” аdlı müəllifi məlum оlmаyаn əsərdə, Məhəmməd ibn Nədcib Bekrаnаnın XIII əsrə аid “Cаhаn-nаmə” əsərində, XIII əsrə аid müəllifi bəlli оlmаyаn cоğrаfiyаçının кitаbındа, XIV əsr tаrixçisi Həmdullаh Qəzvininin “Nüzhət əl-Qulub” əsərində, XV əsrdə yаşаyаn cоğrаfiyаşünаs ibn-Əyаsin məlumаtlаrındа və s.-də təsаdüf оlunmaqdadır.

Bibiheybət


Haqqında

Bibiheybət Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri.XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır. Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var. Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır.

Dövlət Bayrağı Meydanı


Haqqında

Dövlət Bayrağı Meydanı Bakı şəhərinin Bayıl sahəsində 2010–2018-ci illərdə yerləşmiş memorial abidə-istirahət parkı. Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirilmişdir.[1] 2018-ci ildə sökülmüşdür.Bakıda Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Eyni zamanda, Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalanıb. Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində — Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər" haqqında sərəncam imzaladı. Meydanda tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat əlavə vəsait ayrıldı. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.[4] Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycan xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Atəşgah

  • Yerləşir

    Suraxanı
  • Aidiyyatı

    Zərdüştülük
  • Tikilmə tarixi

    XVII əsr
  • Üslubu

    Şirvan-Abşeron memarlıq məktəbi Cahartağ

Haqqında

Atəşgah Atəşgah — Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir.XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir. Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir. Kompleksin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfi açıq forması da burdan qaynaqlanır. Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. Hər il muzeyi orta hesabla 145.000 nəfər ziyarət edir. 1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilmişdir.

İdman obyektləri

T.Bəhramov adına Respublika Stadionu


Haqqında

T.Bəhramov adına Respublika Stadionu Tofiq Bəhramov adına Respublika Stadionu 1951-ci il sentyabrın 16-da istifadəyə verilib. Arenanın ümumi sahəsi 20 hektardır. Stadionun əsas futbol meydançasının ölçüləri 105x72 metrdir. Meydançanın ətrafında salınmış 8 zolaqdan ibarət atletika cığırının uzunluğu 400 metrdir. Stadionda bir neçə köməkçi zallar da mövcuddur. Buraya eni 25, uzunluğu 50 metr olan güləş zalı, eləcə də boks zalı (25 m x 10 m), 2 ayrı futzal zalı, 1 açıq havada mini-futbol meydançası daxildir. 2012-ci il avqustun 16-da Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Oturacaqların sayı 31 min 200-ə çatdırılıb. Stadionun ön giriş hissəsində bilet satışı binası inşa edilib. Burada eyni vaxtda 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılıb. Stadionun ön fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb. İlk vaxtlar İ.Stalinin və V.İ.Leninin adını daşımış stadiona 1993-cü ildən dünyaca məşhur futbol hakimi Tofiq Bəhramovun adı verilib.

Bakı İdman Sarayı


Haqqında

Bakı İdman Sarayı Dənizkənarı Milli parkda yerləşən Bakı İdman Sarayı 1974-cü ildə inşa edilib. 2015-ci ildə müasir tələblərə uyğun yenidən qurulub. Birinci Avropa Oyunlarının badminton və stolüstü yarışları burada keçirilib. Tamaşaçı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tribuna inşa edilib. Zalda oturacaqların sayı təmirdən əvvəl 1100 idisə, yenidənqurmadan sonra bu rəqəm 1736-ya çatdırılıb. Əsas idman zalında döşəməyə xüsusi taxta örtük salınıb. Məhdud fiziki imkanlı tamaşaçıların və paralimpiyaçıların binanın bütün sahələrindən tam istifadə edə bilmələri nəzərə alınaraq, daxildə 6 lift şaxtası inşa edilib və müasir liftlər quraşdırılıb. Bakı İdman Sarayında idmançılar və tamaşaçılar üçün kafe də fəaliyyət göstərir. Bundan başqa, burada püşkatma mətbuat zalı, VIP otaqlar və digər yardımçı otaqlar da yüksək standartlara uyğundur.

Respublika Velotreki


Haqqında

Respublika Velotreki Bakı şəhərində veolsiped treki 1980-ci ildə istifadəyə verilib. Bakı metrosunun “20 yanvar” stansiyası yaxınlığında yerləşən velotrek son illərdə yenidən qurulub. Trekin beton örtüyünün perimetri 333 metr 33 santimetr olmaqla, ümumi ərazisi 13 hektardır. Hazırda ən müasir standartlara cavab verən bu idman qurğusunda velosiped trekindən başqa, mini-futbol meydançası, BMX velosipedçilərinin hazırlanması üçün “Pamp park”, velosiped mağazası və digər xidmət sahələri var. Velotrekin ümumi sahəsi 4620 m2 olan inzibati binasında kiçik otel, məşqçilər üçün mənzillər və velosipedçilər üçün təlimat otaqları yerləşir.

Respublika Olimpiya Mərkəzi


Haqqında

Respublika Olimpiya Mərkəzi Respublika Olimpiya Mərkəzi Bakı şəhərinin mərkəzi hissəsində — Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşir. Mərkəz bir tərəfdən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə, digər tərəfdən də Milli Olimpiya Komitəsi ilə əhatə olunub. 1982-ci ildən istifadədədir. Lakin 2007-ci ildə tam təmir olunaraq yenidən qurulub. Ümumi ərazisi 0,22 hektar olan mərkəzin yüngül atletika manejinin uzunluğu 96 metr, eni isə 30 metrdir. Manejin ətrafında 6 qaçış zolağı olan yeni cığırlar (3 dairəvi və 3 düz) quraşdırılıb. Dairəvi zolaqlar müvafiq olaraq 200, 207 və 217 metrdir. Düz qaçış zolaqlarının uzunluğu 100 metrdir. Manej həmçinin baryerlər, şüvüllə və hündürlüyə tullanma üçün müasir avadanlıqlarla təchiz olunub. Mərkəzin hava təmizləmə və işıqlandırma sistemləri yeni quraşdırılıb və müasir standartlara cavab verir.

Heydər Əliyev adına İdman Konsert Kompleksi


Haqqında

Heydər Əliyev adına İdman Konsert Kompleksi Heydər Əliyev adına İdman — Konsert Kompleksi Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biridir. Bu idman qurğusu həm də paytaxt Bakının ən gözəl memarlıq incilərindən hesab olunur. 1976-cı ildə — Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə tikilib. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Kompleksdə buz üzərində hokkey və fiqurlu konkisürmə zalları da mövcuddur. 2015-ci ildə yenidən qurulan kompleksin baş meydanında 16 idman növü üzrə yarışlar, eləcə də müxtəlif sərgilər, konsert, sirk tamaşaları, kütləvi forumlar keçirmək mümkündür.

Bakı Olimpiya İdman Kompleksi


Haqqında

Bakı Olimpiya İdman Kompleksi Bakı Olimpiya İdman Kompleksi ölkədə istifadəyə verilən bu tipli ilk idman qurğusudur. 2000-ci il oktyabrın 21-də Azərbaycanın ulu öndəri Heydər Əliyevin xeyir-duası ilə qapılarını idmançıların üzünə açan kompleksin açılış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin indiki prezidenti cənab Jak Roqq da iştirak edib. Kompleks əsasən 2 zaldan ibarətdir. 560 nəfər tamaşaçı tutumuna malik böyük zal, əsasən komanda idman növləri üçün nəzərdə tutulub. 430 nəfərlik tribunası olan ikinci zalda isə təkbətək idman növləri üçün şərait yaradılıb. Hazırda kompleksdə bədii gimnastika və voleybol idman növləri inkişaf etdirilir.

Maştağa Olimpiya İdman Kompleksi


Haqqında

Maştağa Olimpiya İdman Kompleksi Maştağa Olimpiya İdman Kompleksi istıfadəyə 2001-ci il dekabrın 29-da verilib. Bakının Sabunçu rayonu ərazisində yerləşən bu kompleks əsasən şəhərkənarı gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün nəzərdə tutulub. Lakin burada bir çox idman növləri üzrə respublika miqyaslı yarışların təşkili adi hal alıb. Kompleks gözəl memarlıq üslubunda inşa edilib. Tamaşaçı tutumu 600 nəfər olan zalda həndbol, futzal, voleybol kimi komanda idman növləri ilə yanaşı, güləş, cüdo, ağırlıqqaldırma, karate və s. kimi fərdi idman növləri ilə məşğul olmaq mümkündür. İdman mərkəzinin ətrafında gözəl yaşıllıq zolağı salınıb. Həyətində tennis kortu, yüngül atletika cığırı və voleybol meydançası var. Hazırda Maştağa Olimpiya-İdman Kompleksində cüdo, kikboksinq və karate bölmələri fəaliyyət göstərir.

Paralimpiya İdman Kompleksi


Haqqında

Paralimpiya İdman Kompleksi Paralimpiya İdman Kompleksi 2008-ci il avqustun 28-də istifadəyə verilib. Sumqayıt şəhərində yerləşən kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, təlim-məşq toplanışlarının təşkili üçün hər cür şərait yaradılıb. Kompleksin ümumi ərazisi 2,25 hektardır. Kompleksə müasir avadanlıqla təchiz olunmuş 130 nəfərlik akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu daxildir. Burada əlillərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb, müasir tipli liftlər quraşdırılıb. Kompleksin qapalı hovuzunun uzunluğu 25, eni 10 metrdir. Əsas idman salonu cüdo, güləş və əl oyunlarının keçirilməsi üçün nəzərdə tutulub və burada quraşdırılmış xüsusi havalandırma sistemi havanın daim təmiz və normada saxlanılmasına imkan verir. 32 metr uzunluğu, 24 metr eni olan salonda 210 tamaşaçı yarışları izləyə bilər. Kompleksin atıcılıq tirləri də var. 25x12 metr və 10x12 metr ölçülü tirlərdə beynəlxalq yarışlara hazırlaşan idmançıların məşq keçmələri üçün bütün şərait yaradılıb. Tirlərin hər birində eyni vaxtda 8 atıcı məşq edə bilər. Kompleks Azərbaycanın üçüncü ən böyük şəhəri olan Sumqayıtda yerləşir.

Bakı Tennis Akademiyası


Haqqında

Bakı Tennis Akademiyası Bakı Tennis Akademiyası 2009-cu il mayın 5-də isti¬fadəyə verilib və Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. 8-ci mikrorayonda yerləşən akademiyanın ümumi ərazisi 2,7 hektardır. Mərkəzi kort da daxil olmaqla, kompleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Uzunluğu 126, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutan qapalı zalda müasir tələblərə cavab verən şərait vardır. Kortların hər birinin sahəsi, beynəlxalq standartlara uyğun olaraq, 670 kvadratmetrə bərabərdir. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı da istifadəyə verilib. Bundan başqa, ümumi sahəsi 2510 kvadratmetr olan, 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür.

“Sərhədçi” İdman Olimpiya Mərkəzi


Haqqında

“Sərhədçi” İdman Olimpiya Mərkəzi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzdində olan “Sərhədçi” İdman Olimpiya Mərkəzi 2009-cu il avqustun 31-də istifadəyə verilib. Bakının Xətai rayonunda yerləşən Mərkəz 3 hektar ərazidə inşa olunub və tikintinin ümumi sahəsi 37.300 kvadratmetrə bərabərdir. Tikintisinə 2007-ci ildə başlanan və qısa müddətdə başa çatdırılan bu idman qurğusu üçmərtəbəli universal zaldan, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün 2 açıq meydançadan, üzgüçülük hovuzundan, avtomobil dayanacağından, yardımçı binalardan və mehmanxanadan ibarətdir. Mərkəzdəki universal zal xüsusi layihə əsasında inşa olunub. Burada bənzəri olmayan metal konstruksiyadan ibarət dayaqsız örtük tətbiq olunub. Bu günbəzin diametri 53 metr, çəkisi 360 tondur. Onun öz çəkisi ilə birlikdə yükgötürmə qabiliyyəti 900 tona çatır. Almaniya avadanlığı quraşdırılmış günbəz vasitəsilə bu zala avtomatik olaraq təbii hava da verilir. Günbəzdə yerləşdirilmiş pəncərələr istənilən vaxt avtomatik qaydada açılir və bura təmiz hava daxil olur. “Sərhədçi” İdman Olimpiya Mərkəzində 2500 nəfər tamaşaçı tutumu olan universal zalla yanaşı, birinci mərtəbədə hovuz, fitness salonu, idmanın ağır atletika, bədii gimnastika, müxtəlif döyüş növləri üzrə məşq zalları, məşqçilər üçün otaqlar, sauna, anbarlar və camaşırxana var. Burada keçirilən beynəlxalq yarışları 2500 tamaşaçı izləyə bilir. Beşmərtəbəli mehmanxanada mebel və digər məişət avadanlığı ilə təmin olunmuş 32 otaq var. Burada kafe-restoran da fəaliyyət göstərir. İdmançıların təlim-məşq prosesindən və müxtəlif səviyyəli yarışlardan sonra istirahəti üçün də burada hər cür şərait yaradılıb. Üzgüçülük hovuzunda quraşdırılmış xüsusi qurğular suyun temperaturunun sabit saxlanmasına nəzarət edir. Eyni zamanda, hovuzdakı suyun daim yenilənməsi üçün müvafiq qurğular da quraşdırılıb. Mərkəzdə inşa olunmuş stadionun meydançası yüksək keyfiyyətli süni örtüklə örtülüb. Stadionun tamaşaçı tutumu 1850 nəfərdir. Mərkəzin xidmətlərindən sərhədçilərlə yanaşı, “Sərhədçi” idman klubuna üzv olan adi vətəndaşlar da istifadə edirlər. Burada eyni vaxtda 32 idman növü ilə məşğul olmaq mümkündür.

Bakı Olimpiya Stadionu


Haqqında

Bakı Olimpiya Stadionu Bakı Olimpiya Stadionunun təməli 2011-ci ildə qoyulub və 2015-ci il martın 18-də istifadəyə verilib. Təxminən 50 hektar ərazidə tikilən, hündürlüyü 62 metr olan stadion 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumu olan stadiona olimpiya normativlərinə əsasən, insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3100 yerlik avtomobil parkı inşa edilib. Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcüddur. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları məhz bu stadionda təşkil olunub.

Bakı Kristal Zalı


Haqqında

Bakı Kristal Zalı 2012-ci il mayın 7-də istifadəyə verilmiş Bakı Kristal Zalı bir çox hallarda idman qurğusu kimi istifadə olunur. Bu nəhəng qurğu Xəzər dənizinin Bakı buxtasında, Dövlət Bayrağı Meydanı ətrafında yerləşir. Burada avtomobil idmanı üzrə “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu, birinci Avropa Oyunlarının voleybol, boks, karate, taekvondo və qılıncoynatma yarışları, dünya şahmat olimpiadası, qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışları və eləcə də bir sıra, ölkə miqyaslı yarışlar keçirilib. IV İslam Həmrəylik Oyunlarının bəzi yarışları üçün məhz 3 hissədən ibarət olan Bakı Kristal Zalı seçilib. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. 2012-ci ilin may ayında avroviziya mahnı müsabiqəsi məhz burada keçirilib.

Milli Gimnastika Arenası


Haqqında

Milli Gimnastika Arenası Bakı şəhərində Milli Gimnastika Arenası 2014-cü il aprelin 16-da istifadəyə verilib. Arena Bakının Heydər Əliyev magistralında, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşir. Bu magistral Heydər Əliyev adına Beynəlxalq Hava Limanını şəhərlə birləşdirən və şəhərə giriş-çıxış üçün əsas yoldur. Kompleksin fasadı xüsusi formada işlənib. Əsasən, gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır. Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 9 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunun öz oteli də var.

Bakı Atıcılıq Mərkəzi


Haqqında

Bakı Atıcılıq Mərkəzi Bakı Atıcılıq Mərkəzi 2015ci il martın 9da istifadəyə verilib. Bu mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biridir və paytaxtın Biləcəri qəsəbəsində yerləşir. Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. Binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VIP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silah saxlama, 55 yerlik 2 konfrans və mətbuat zalları, tibb məntəqəsi, fitnes zalı var. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafə üzrə yarışlar keçirmək mümkündür. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli imkanlar var. Burada, eyni vaxtda 40 idmançı gücünü sınaya bilər. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançının mübarizə aparması mümkündür. Stend atıcılığı sahəsində 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. Mərkəzin dörd mərtəbə və terrasdan ibarət mehmanxana binası da var.

Bakı “Su İdman Sarayı”


Haqqında

Su idmanı Sarayı - Su idmanları üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsi üçün nəzərdə tutulan idman kompleksidir. 19 aprel 2013-cü ildən tikilməyə başlanmışdır. Bakı Su İdmanı Sarayında yaradılmış şərait FINA[1] (Beynəlxalq Üzgüçülük Federasiyası) tələblərinə tam uyğundur. Burada üç hovuz yaradılıb. Onlardan ikisi Olimpiya hovuzudur (uzunluğu 50 və 25, eni 25, dərinliyi isə 2,5 metrdir). Suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Sarayın tamaşaçı tutumu 6 mindən çoxdur. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri mövcuddur.Su İdmanı Sarayının binasında Avropa Olimpiya Komitəsinin[2] və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı mövcuddur. Su idmanı Sarayı Bakı 2015 Avropa Oyunlarına ev sahibliyi etmiş məkanlardan biridir.

Bakı Avropa Oyunları Parkı


Haqqında

Bakı Avropa Oyunları Parkı Avropa Oyunları Parkı 2015ci il mayın 13də istifadəyə verilib. Bu idman parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir. Qurğunun ümumi ərazisi 18 hektardır, tikintialtı sahə isə 70 min kvadratmetrə yaxındır. Avropa Oyunları Parkında yerləşən su polosu yarışları kompleksindəki funk¬sional otaqlar ən yüksək standartlar səviyyəsindədir. Burada iclas və məlumat otaqları, kafe və VIP sahələr də mövcuddur. Kompleksdə beynəlxalq tələblər səviyyəsində 1836 və 560 tamaşaçı yeri olan iki üzgüçülük hovuzu inşa edilib. Burada tənzimləyici su hovuzu da yaradılıb. Su polosu yarışları kompleksi ilə çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksi arasında iki mərtəbəli funksional keçid inşa olunub. Avropa Oyunları Parkının basketbol kompleksi də beynəlxalq standartlara uyğun qurulub. Burada basketbolun 3x3 növü ilə məşğul olmaq üçün əlverişli şərait var. Final yarışları üçün nəzərdə tutulan, eni 11, uzunluğu 15 metr olan meydançada 2008 nəfərlik tribuna quraşdırılıb. Bundan başqa, kompleksdəki üç meydança da idmançıların ixtiyarına verilib. Onların hər biri 376 tamaşaçı tutumuna malikdir. Parkın çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksində idmanın bu növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksdə final yarışları üçün 2931 tamaşaçı tutumu olan meydança, hər biri 302 tamaşaçı yerinə malik üç adi və iki məşq meydançası var

Velopark


Haqqında

Velopark Velopark 2015-ci il mayın 13-də istifadəyə verilib. 2014-2015-ci illərdə 40 hektarlıq ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşurutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb. Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində yerləşən BMX veloparkında Birinci Avropa Oyunlarının müvafiq yarışı keçirilib. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onunda sahəsi 6700 kvadratmetrdir. Həm yarış iştirakçıları həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı veloparkda 1197 nəfərlik tamaşaçı yeri yaradılıb. Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb. Ofis binasinın damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb.

Parklar

Filarmoniya bağı

  • Yerləşməsi:

    Bakı, Azərbaycan

Haqqında

Filarmoniya bağı XIX əsrin əvvəllərində Bakının komendantı R.R.Xoven İrandan gələn bütün gəmi sahiblərinin qarşısına hərəyə bir çuval qara torpaq gətirmək barədə şərt qoyur. Gətirilən torpaq sahildə bir yerə tökülür. Həmin torpağın yayıldığı bu ərazidə bitkilərin çeşidi zənginləşdirilir, beləliklə, Filarmoniya bağı şəhərin "yaşıl adası"na çevrilir. Bu bağda "Gün keçdi" filminin qəhrəmanları qartopu oynayıblar, Qurban Səidin "Nino"su "Əli"yə məhz burada görüş təyin edib. Hətta əsərdə Əli o vaxtkı Qubernator, indiki Filarmoniya bağını "Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağ" deyə qeyd edir. İlk dövrdə burada tut ağacı, qarağac, şam, akasiya və bir çox çiçəklər əkilir. Daha sonra Filarmoniya bağı üçün yerli ağaclarla yanaşı, digər ölkələrdən də ağaclar gətirilir. XIX əsrin 1960-1970-ci illərində bağın ərazisi xeyli genişləndirilir, bir neçə onilliklər keçdikdən sonra isə burada dekorativ ağaclar və kollar əkilir, rəqs meydanı, hovuz, çardaq, meydançalar düzəldilir. Gündən-günə gözəlləşən bağa, deyilənə görə, sadə şəhərlilərin girişi həftənin bir günü ilə məhdudlaşdırılmışdı. Lakin yüksək vəzifəli şəxslər və neft milyonçuları üçün qapılar həmişə açıq olub. 20-ci yüzilin əvvəllərində burada bir taxta klub varmış. Təsadüfən bu klub yanır və onun yerində Filarmoniya binasını tikmək istəyirlər. Bu, mübahisə doğurur. Çünki ağacları kəsmək lazım gələcəkdi. Ancaq Şəhər Duması yay klubunun tikilməsinə qərar verir. Şəhər Dumasının qərarı ilə bu ərazidə indiki yay klubunun tikilməsinə başlanılır. 1910-cu ildə başlanan yay klubu 1912-ci ildə başa çatır. Deyilənə görə, binanın memarı Monte-Karlo şəhərinə ezam edilir ki, orada gözəllikdə Avropada birinci yerlərdən birini tutan filarmoniyaya baxıb Bakı üçün də eynilə belə bir layihə işləsin. Belə bir məlumat da var ki, "Kavkazskoe tovarişestvo" neft şirkətinin başçısı memardan xahiş edir ki, yay səhnəsini onun yaşadığı mülk ilə üzbəüz tikdirsin ki, o, eyvanda oturub musiqiçilər tamaşa edə bilsin. Bir də istəmirmiş ki, evin qabağında lal divar ucalsın. Bu səbəbdən də memarlıq qaydalarını görə, səhnə həmişə giriş qapısı ilə üzbəüz olmalıdır, yay klubunda (filarmoniyada) isə əksinədir.Səhər tezdən, hələ bağda insanların az olduğu vaxtda tutuquşular fəvvarəyə qonaraq su içir, çimirlər. Onların haradan və necə gəlməsi ilə bağlı məlumat olmasa da, Filarmoniyanın təmiri zamanı uçub gedən tutuquşular, yenidənqurma işləri tamamlandıqdan sonra geri qayıdıblar. Sahəsi 4,6 hektar olan bu bağ 1830-cu ildə salınıb və sonrakı dövrdə ilk dəfə abadlıq işləri ötən əsrin 70-ci illərində aparılıb. Uzun inkişaf mərhələsi keçən bağ bir çox dövrlərdə baxımsızlıqdan ziyan çəkib. Bağda əsaslı yenidənqurma işlərinə 2009-cu ildə başlanılıb. Bağın özünəməxsus bitki örtüyü olduğu kimi qorunub saxlanılıb, yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. 1865-ci ildə burada əkilən dekorativ bitkilər öz gözəlliyi ilə diqqəti çəkir, yeni ağac və gül kolları da bağdakı yaşıllıq zolağına, ümumilikdə isə park elementlərinə əlavə çalar qatır. Yenidənqurma zamanı burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilib, yeni suvarma sistemi quraşdırılıb, ərazi müxtəlif bitkilərlə zənginləşdirilib, gözəl landşaft kompozisiyaları yaradılıb. Hətta Filarmoniya bağında aparılan təmir-bərpa işləri zamanı qədim yeraltı tunelin aşkarlandığı da bildirilir. Salındığı gündən bu bağa müxtəlif adlar qoyulub. Əvvəl II Nikolayın qardaşı Mixailin adına olub. Lakin şəhər sakinləri buraya nadir hallarda "Mixail bağı" deyirdi. Onlar bu ərazini daha çox "Qubernator bağı" adlandırıblar. Bu da ona görə idi ki, Qubernatorun evi bağla üzbəüz olub. Qubernator hər gün eyvanda oturub çay içə-içə bağı seyr edirmiş. Sovet İttifaqı dövründə ad dəyişdirilərək "Pioner" olub. Bağda şair Əliağa Vahidin büstü qoyulandan sonra isə hamı buranı "Vahid bağı" kimi adlandırıb və elə də tanıyıb. Ən sonuncu yenidənqurmadan sonra bağ möhtəşəm tikili olan Filarmoniyanın adı ilə çağırılmağa başlanıb. Bağda əsasən Türkiyə və İtaliyadan gətirilən qızılgül kolları var ki, onlar ağaca yaxın əkilir və ağacın gövdəsinə bağlanılır. Bu halda gül kolları ağaca dolanaraq 7-8 metr hündürlüyədək böyüyür və sarmaşığa bənzəyir. Belə qızılgülə yalnız Filarmoniya bağında rast gəlmək olar. Güllər mayda açır. Ağaclara yaxın əkilən xrizantemalar (payızgülü) isə oktyabrda açır və 2-3 ay solmur. Filarmoniya bağında bitən liliya, qardeniya və palmalara qış aylarında xüsusi qulluq göstərilir, soyuqdan qorumaq üçün onları bükürlər. Bağın ən rahat və qulluq tələb etməyən ağaclarından biri aylantdır. Tut ağacı da burada əvvəldən bitib. Filarmoniya bağının kənarında, yola yaxın ərazidə kameliyalar əkilib. Mart-aprel aylarında çiçəkləyir. Bağda bitən ən qədim ağaclardan biri də Xan çinarıdır. Bundan başqa burada pixta, iliks, qarağac, daş palıd, kedr, sidr, maqnoliya, yuka, aliyandr, sukas, quşalması, söyüd və başqa bitkilər də mövcuddur. Yerləşməsi: Bakı, Azərbaycan

Dənizkənarı Milli Park

  • Yerləşməsi

    Bakı, Azərbaycan
  • Yaradılıb

    1909

Haqqında

Dənizkənarı Milli Park Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü: Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili; Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili Lakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi. Həm də dəniz sahilində suyun azalması bu məsələnin həllinin zəruri olduğunu göstərirdi. Parkın tipi Bulvar Yerləşməsi Bakı, Azərbaycan Yaradılıb 1909

Məscidlər

Heydər məscidi

  • Ölkə

    Azərbaycan
  • Şəhər

    Bakı
  • İnşası

    2013 – 2015
  • Memarı

    Ədalət Məmmədov
  • Memarlığı Şirvan

    Abşeron memarlığı

Haqqında

Heydər məscidi Bakı şəhərinin Binəqədi rayonunda məscid.2012- 2014 illəri arasında tikilən məscid.Məscid 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilmişdir. Məscid 12.000 m² sahədə salınıb, daxili isə 4.200 m² sahəni əhatə edir. Məscidin fasadı Şirvan – Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənilmiş, hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur.Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır.Qafqaz Müsəlmanları İdarəsi məscidə sünni təriqəti üzrə imam (Hafiz Abbasov) və şiə təriqəti üzrə axund (Rüfət Qarayev) təyin edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axund və imam təyinatına baxmayaraq, “Heydər” məscidində dini icma yaradılmayacaq: "Bu məscid dini icma olmadan fəaliyyət göstərəcək. Bütün bunlar qanuna uyğundur. Çünki o məscid ayrıca bir kompleksdir və bir məscid-kompleks olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir. Bu baxımdan da buranın idarəçiliyi özəl formada həyata keçirilir. Ona görə də bu məscid digər məscidlərin idarəçiliyindəki qaydalarla deyil, kompleksin əsasnaməsini əsas götürülərək idarə olunacaq".

Qədimi abidələr

Qobustan dövlət tarixi-bədii qoruğu

  • Tikilmə tarixi

    1966

Haqqında

Qobustan dövlət tarixi-bədii qoruğu Azərbaycan ərazisində,Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 km (yol ilə 65 km) məsafədə yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Yerləşir Qaradağ və Abşeron rayonları Əsas tarixlər 1966 - Qoruq idarəsi yaradılıb

Muzey və teatrlar

Azərbaycan Dövlət Mahnı Teatrı

  • Əsası qoyulub

    1968

Haqqında

Azərbaycan Dövlət Mahnı Teatrı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı - Azərbaycan teatr tarixində ilk mahnı teatrı. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmış və hal-hazırda öz yaradıcısının adını daşıyır. Teatrın repertuarı bu gün Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov və başqaları kimi milli bəstəkarların əsərlərindən ibarətdir. Repertuarın əsasını təşkil edən xalq mahnılarının, muğam və təsniflərin ifası bu günə kimi böyük müğənnimiz Rəşid Behbudovun özünəməxsus ənənəvi ifa tərzini qoruyub saxlamışdır. Teatr fəaliyyət göstərdiyi vaxtdan burada Zaur Rzayev, Natavan Şeyxova, Mübariz Tağıyev, Elxan Əhədzadə, Xədicə Abbasova, Azər Zeynalov, Zöhrə Abdullayeva, Aybəniz Haşımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Bilal Əliyev, Vaqif Şıxəliyev və s. kimi populyar sənət ustaları çalışmışdır. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, Fransa, İsveç, İsveçrə, Hindistan, Pakistan, Almaniya, Türkiyə, Rusiya Federasiyasında və s. tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Son illərdə yaradıcı kollektiv: 2000-ci ildə Hanoverdə EKSPO-2000 sərgisinin açılışında konsert proqramında iştirak etmiş, 2001-2002-ci illərdə Türkiyə, Moskva, Strazburq, Avstriya, 2003-cü ildə Almaniyada “Azərbaycan Mədəniyyət Günləri”ndə, 2004-cü ildə Yekaterinburqda “Novruz şənlikləri”ndə, 2005-ci ildə yenə də Avstriyanın Vyana şəhərində “Azərbaycan Mədəniyyəti Günləri”ndə, Moldovanın Kişinyov şəhərində “Mersi-Şor” adlı Beynəlxalq Musiqi Festivalında Azərbaycan mədəniyyətini təmsil etmişdir. Əsası qoyulub 1968 Açılıb1968

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

  • Yerləşir

    Akademik Zərifə Əliyeva prospekti 8
  • Tikilmə tarixi

    1934

Haqqında

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Azərbaycan Respublikasının ən böyük musiqili teatrlarından biri. Teatr tamaşaları əsasən musiqili komediya janrındadır. Böyük Vətən müharibəsi illərində teatrın işi yenidən qurulur və bu teatra Azərbaycan Dövlət Təbliğat Teatrı adı verilir.Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur: Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqilaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa olunur. Bu tamaşaların yaradılmasında H.Ərəblinski, M.Ə.Əliyev, Ə.Ağdamski, Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı, Ə.Anaplı və başqalarının mühüm rolu olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra milli teatrın inkişafı üçün geniş imkanlar yarandı. 1938-ci ildə Soltan Dadaşov bəstəkar Zülfüqar Hacıbəyovun "Evliykən subay" operettasını yeni redaksiyada işlədi və onu tamaşaya qoydu. İlk tamaşa 1938-ci il 30 mayda "Rote Fane" (indiki Nizami adına park) mədəniyyət və istirahət parkında göstərildi. Afişalarda və proqramın yuxarı hissəsində "Azərbaycan Dövlət Musiqili Komediya Teatrı" sözləri yazılmışdı. 1941-ci il iyun ayının 22-də Faşist Almaniyası SSRİ-yə hücum etdi. Hökumətin qərarı ilə teatrın fəaliyyət — iş prinsipi yenidən quruldu. Kollektivə "Aqitteatr" (Azərbaycan Dövlət Agitasiya Teatrı) funksiyası verildi. 29 avqust 1942-ci ildə təbliğat teatrının yenidən Azərbaycan Dövlət Musiqili komediya Teatrı adlandırılması barədə əmr verdi. Şəmsi Bədəlbəyli aprel ayının 27-də teatra direktor və bədii rəhbər təyin edildi. 1943-cü ilin avqust ayında teatra nasir-dramaturq, publisist, "Molla Nəsrəddin" jurnalının banisi Cəlil Məmmədquluzadənin adı verildi. Yerləşir Akademik Zərifə Əliyeva prospekti 8 Tikilmə tarixi 1934

Azərbaycan Dövlət Pantomima Teatrı

  • Əsası qoyulub

    16 may 1994
  • Açılıb

    1994

Haqqında

Azərbaycan Dövlət Pantomima Teatrı 16 may 1994-cü ildə Azərbaycan mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yaranmış və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir. 2000-ci ildə “Dəli yığıncağı” pantomim teatr-studiyasına Dövlət statusu verilib. Azərbaycanda Pantomim teatrının əsasını qoyan Azərbaycan Xalq Artisti Bəxtiyar Xanızadədir.

Azərbaycan Dövlət Kukla Teatrı

  • Yerləşir

    Neftçilər prospekti, 36
  • Memar

    Yuzef Ploşko
  • Tikilmə tarixi

    1910

Haqqında

Azərbaycan Dövlət Kukla Teatrı Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır.İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir.Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-ci il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. Yerləşir Neftçilər prospekti, 36 Memar Yuzef Ploşko Tikilmə tarixi 1910

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

  • Əsası qoyulub 20 dekabr 1920

    20 dekabr 1920
  • Ünvan

    Bakı, Xaqani 7

Haqqında

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K.Trenyov), "Qiyam" (B.Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F.Şiller), "Romeo və Cülyetta" (V.Şekspir), "Canlı meyit" (L.Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C.Cabbarlı), "Hamam" (V.Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.[

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

  • Əsası qoyulub 1873

    1873
  • Tikilib

    1958
  • Açılıb

    24 oktyabr 1919

Haqqında

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. 1918-ci il oktyabrın 18-də Cümhuriyyət Hökuməti xalq maarifi nazirinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsini dinləyərək, teatr üçün Mayılov Qardaşları Teatr binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) almaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Bakıda Dövlət Teatrının yaradılmasının vacibliyini və bu məqsəd üçün daha çox Mayılov Qardaşları Teatr binasının yararlı olduğunu nəzərə alaraq, xalq maarifi nazirinə tapşırılsın ki, Mayılov Qardaşları Teatrını məcburi surətdə, lakin ədalətli qiymətlə, dövlət teatrı üçün öz sərəncamına alsın, onun satınalma qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın. Cümhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, onda mühüm dövlət tədbirləri üçün istifadə etmək nəzərdə tutulurdu. Zülfüqar və Üzeyir Hacıbəyli qardaşları truppasının bütüb tədbirləri Dövlət Teatrının səhnəsində keçirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Teatrı öz pərdələrini ilk dəfə 1918-ci il noyabrın 4-də Hacıbəyli qardaşları truppasının hazırlağı, Nəriman Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı. 1919-1920-ci illərdə teatrın səhnəsində daha çox Üzeyir Hacıbəylinin opera və operattaları göstərilirdi. 1920-ci ilin aprelində Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra da bu teatr Sovet Azərbaycanının dövlət teatrı kimi fəaliyyət göstərmiş və uzun illər həmin binadan təkcə teatr-sənət ocağı kimi deyil, həm də ictimai-siyasi və dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi üçün istifadə edilmişdir. Teatrın adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun (1933-1991) adlarını daşımışdır.

Azərbaycan Milli İncəsənət Muzeyi

  • Əsası qoyulub 1936

    1936
  • Açılış tarixi

    1937
  • Ünvan

    Niyazi küç., 9-11

Haqqında

Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır.1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri,Rüstəm Mustafayevin adını daşıyır. Hal-hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə sərgisi təşkil edilib. Muzey bazar ertəsi günləri xaric hər gün saat 10:00-dan 18:00 kimi ziyarətçilərin üzünə açıq olur.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

  • Ölkə

    Azərbaycan
  • Şəhər

    Bakı
  • Yerləşir

    Nizami, 95
  • Memar

    Nikolay Bayev
  • Tikilmə tarixi

    1910—1911

Haqqında

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək. Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək. Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır. Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 25-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. İnqilaba qədərki dövrdə Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (1916), Müslüm Maqomayevin "Şah İsmayıl" (1919) operaları tamaşaya qoyulmuşdu. Teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış "Şahsənəm" (1927, Reynqold Qlier), "Nərgiz" (1935, M.Maqomayev) və "Koroğlu" (1937, Ü.Hacıbəyov) operaları ilə zənginləşdi. 1940-cı ildə ilk milli Azərbaycan baleti – "Qız qalası" (Əfrasiyab Bədəlbəyli), "Vətən" (1945, Qara Qarayev və Cövdət Hacıyev), "Xosrov və Şirin" (1942, Niyazi) "Nizami" (1948, Əfrasiyab Bədəlbəyli) operaları tamaşaya qoyuldu. 50-ci illərdə teatrın repertuarı "Sevil" (1953, F.Əmirov), "Azad" (1957, C.Cahangirov) və s. əsərlərlə zənginləşdi. "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "Qaraca qız" (1965, E.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov) baletləri tamaşaya qoyuldu. 1928-ci ildə teatra Mirzə Fətəli Axundovun adı verilmişdir. 1959-cu ildən Akademik Opera və Balet teatrı adlanır.

Hacı Zeynalabdin Tağıyevin ev muzeyi


Haqqında

Hacı Zeynalabdin Tağıyevin ev muzeyi Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət xatirə muzeyi. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.A.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: H.Z.A.Tağıyevin iş kabineti Şərq zalı kitabxana bilyard otağı yemək otağı məlumat otağı Sona xanım Tağıyevanın bəzək otağı – buduar yataq otağı Təmizlik otağı Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H.Z.A.Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Hacı Zeynalabdin Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) Hacı Zeynalabdin Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar. Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır. Səhərlər kabinetdə Hacının köməkçiləri ona yerli, Rusiya, Avropa, eləcə də Şərq ölkələrində çıxan qəzetlərdən onu maraqlandıran məqalələri oxuyar, dünyada baş verən hadisələrdən xəbərdar edərdilər. Yazı stolunun arxasındakı divarda Hacının öz şəkil kolleksiyasından İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacarın, solda isə Rusiya imperatoru II Nikolayın və onun xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Kabinetin pəncərələri ilə üzbəüz divarda isə rəssam Ayvazovskinin “Dənizdə fırtına” adlı əsəri asılıb. Hacının İran şahı Müzəffərəddinlə görüşünü əks etdirən portret və ev sahibinin yaşadığı günlərdə olduğu kimi əvvəlki yerində asılmışdır. Yazı stolu ilə üzbəüz Hacı Zeynalabdin Tağıyevin portretini görmək olar. Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə şəhər duması Hacı Zeynalabdin Tağıyevin portretinin sifariş edilməsi barədə qərar vermişdi. Əsər 1912-ci ildə görkəmli rəssam İ.Brodski tərəfindən çəkilmişdi. Burada Hacı Zeynalabdin Tağıyev təltif edildiyi bütün medal və ordenlərdə əks olunub. Onların arasında Rusiyanın “Müqəddəs Stanislav” ordenləri, “Səyinə görə” üç qızıl medal, İranın “Şiri xurşid” ordeni, Buxara Qızıl Ulduzu vardır. İş kabinetindən Şərq zalına keçmək mümkündür. Sarayın iki ən böyük zallarından biri olan, qədim oriyental ornamentlərini özündə birləşdirən Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir. Burada qəbullar, rəsmi müşavirələr və təntənəli mərasimlər keçirilirdi. Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanmış Şərq zalı xüsusi zövqlə bəzədilmişdi. Buraya şəbəkəli stollar, stullar, royal, kreslolar və s. qoyulub. Zalın tavanına Quran ayələri yazılıb. Bu yazı və bəzəklərə 9 kiloqram qızıl işlədilib. Nəhəng çil-çıraq və güzgülərin üzərindəki bralar zalı işıqlandırmaqla bərabər, onun gözəlliyini daha da artırır. Pəncərələrin bədənnüma şüşələrində Hacı Zeynalabdin Tağıyevin ərəb hərfləri ilə adı və soyadı yazılmışdır. Zalın müxtəlif hissələrində rast gəlinən və müsəlman memarlığında geniş işlədilən altıgüşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca görə, o, insanı pis nəzərdən qoruyur. Yuxarı hissədəki sütunlu tağlar möhtəşəm Şərq zalına xüsusi gözəllik verir. Sütunlu tağların altından keçərək Hacı Zeynalabdin Tağıyevin kitabxanasına daxil olmaq olar. Hacı Zeynalabdin Tağıyev maarifçiliyin tərəqqisi üçün misilsiz səy və xidmətlər göstərmişdir. Onun vəsaiti hesabına görkəmli yazıçı və şairlərin, tarixçilərin əsərləri çap olunmuşdur. Tağıyev “Kaspi” qəzetini almış və onun sahibi olmuşdu; Quran Azərbaycan dilində ilk dəfə həmin qəzetin nəşriyyatında nəşr edilmişdi. Azərbaycanda “Nəşri-maarif”, “Nicat” və b. xeyriyyə cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində Hacı böyük əmək sərf etmişdi. Kitabxanada ağ rəngli, yumşaq, ipək oturacaqlı mebel dəsti, iki taxta stol, stullar və kreslolar, kitab şkafları yerləşdirilib. Kitab şkaflarında Rusiya imperiyasının qanunlar topluları saxlanılır. Xalça və pərdələr otağa xüsusi yaraşıq verir. Kitabxananın sağında yerləşən qapı bilyard otağına aparır. Otağın ortasında bilyard stolu qoyulmuşdur. Buradakı arxası hündür gön-dəri divan, kreslolar istirahət üçün nəzərdə tutulmuşdur. Otağı xüsusi quruluşlu çil-çıraq bəzəyir. Hacı Zeynalabdin Tağıyev daxilən zəngin mənəvi aləmə malik bir şəxs idi. Onun böyük rəsm kolleksiyası var idi. O, axşamlar musiqi zümzümə edərək, Qərbi Avropa, rus rəssamlarının əsərlərinə baxıb zövq alarmış. Hətta Parisə səfər zamanı Tağıyevi yalnız işgüzar komanda deyil, muğam üçlüyü də müşayiət edibmiş. Hacı Zeynalabdin Tağıyev şöhrət naminə, yaxud əcnəbilərə təsirli imic yaratmaq üçün deyil, məhz mənəvi tələbat baxımından Avropa səfərinə özü ilə musiqiçilər dəstəsi götürmüşdü. Muğamı qəlbən duyması, dəyərləndirməsi, onun hüzurunda hər müğənninin oxumağa cürət etməməyi Hacının təkcə kamil muğam biliciliyindən deyil, nəcib mənəviyyatından, ümumən daxili estetik potensialından xəbər verir. Bilyard otağı və kitabxanadan çıxıb yenidən sütunlu tağlar olan guşəyə daxil olmaq olar. Buradan solda yerləşən qapı yemək otağına aparır. Otağın divarlarına məxməri-ipək parça çəkilmişdir. Ortada uzun düzbucaqlı masa və ətrafına oturacağı məxmərdən olan stullar qoyulub. Buxara əmirinin hədiyyəsi olan gümüşdən hazırlanmış üstü minalı qab dəsti burada nümayiş etdirilir. Şkaflarda Hacı Zeynalabdin Tağıyevin Fransadan gətirdiyi və üzərində özünün venzeli olan xörək dəsti, gümüş bıçaqlar, büllur qədəhlər qoyulub. Otaqda həmçinin qoz ağacından düzəldilmiş, gözəl ornamentli böyük bufet yerləşir. Bufetdən soldakı qapı monitor olan otağa aparır. H.Z.A.Tağıyevin həyat və fəaliyyəti ilə maraqlananlar burada quraşdırılan panellər və monitordan ətraflı məlumatlar əldə edə bilərlər. Bu otaqdan sağ tərəfdə yerləşən kiçik qonaq otağı H.Z.A.Tağıyevin ikinci həyat yoldaşı Sona xanıma məxsus idi. Hacı iki dəfə ailə qurub. Zeynəb xanımla birinci nikahdan onun üç övladı dünyaya gəlmişdi. Sona xanım general Balakişi bəy Ərəblinskinin qızı idi. Onun Hacı ilə nikahı 1896-cı ildə bağlanıb. Aralarında 40-dan çox yaş fərqinin olmasına baxmayaraq bu, xoşbəxt izdivac idi. Həmin nikahdan onların beş övladı doğulmuşdur. Sona xanımın kiçik qonaq otağı öz gözəlliyi və orijinallığı ilə o birilərindən fərqlənir. Tavan fiqurlu güzgülü lövhəciklərdən quraşdırılmış, divarlar rəngarəng naxışlarla bəzədilmişdir. Otaq bəzən güzgülü zal da adlandırılır. Mərkəzdə orijinal dəyirmi divan yerləşir. Onun üstündə lampa üçün yer var. Burada həmçinin dördguşəli naxışlı stollar, yumşaq kreslolar və stullar qoyulub. Qonaq otağından yataq otağına aparan ensiz dəhliz var. Yataq otağı iki hissədən ibarətdir. Onları bir-birindən şəbəkəli taxta arakəsmə ayırır. Birinci hissədə yuxarısı hündür, naxışlı ikiyataqlı çarpayı və trümo yerləşir. İkinci hissədə isə kiçik və dəyirmi stol, divan, kreslolar, stullar qoyulmuşdur. Otaq boyu xalça və pərdələr otağın gözəlliyini daha da artırır. Yataq otağına bitişik balaca bir otaq var. Bu, təmizlik оtаğıdır. Burada güzgülü trümo, yumşaq kreslo, stol, paltar və rəfli şkaflar qoyulub. Trümonun üstündə bəzək əşyalarını görmək olar. 17.12.2012- AMEA Milli Azərbaycan Tarixi Muzeyində daimi ekspozisiyanın yeni-yeni materiallarla daha da zənginləşdirilməsi, qonaqlar üçün daha da baxımlı olması istiqamətində mütəmadi iş aparılır. Bu yaxınlarda Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına “H.Z.Tağıyevin təltif nişanları” adlı yeni vitrin əlavə olunmuşdur. Belə ki, vitrində H.Z. Tağıyevin müxtəlif illərdə təltif olunduğu İranın “Şir-i xurşid” ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin “Şərəfli Buxara ulduzu” ordeni, həmçinin Rusiya imperatorluğunun “III Aleksandrın tacqoyma mərasiminə həsr olunmuş medal”, “İmperator III Aleksandrın dövründə xidmətlərə görə”, “Səylərə görə” medalları nümayiş etdirilir. Vitrində nümayiş etdirilən təltif nişanları Muzey əməkdaşlarının uzun müddət ərzində apardıqları araşdırmalar nəticəsində aşkarlanmışdır. H.Z.Tağıyevin təltif nişanlarının axtarılması istiqamətində 2008-2009-cu illərdə Muzeyin Heraldika Fond-şöbəsi tərəfindən başlanan tədqiqatlar 2012-ci ildə uğurla nəticələnmişdir. Belə ki, Muzeyin Faleristika və Bonistika Fondunun müdiri t.ü.f.d. Sənubər Qasımova tərəfindən aşkarlanmış H.Z.Tağıyevin təltif nişanları tədqiq olunmuşdur. Qeyd etmək lazımdır ki, S.Qasımova tərəfindən yazılmış müvafiq məqalələr 2009-2010-cu illərdə MATM-ın məqalələr toplusunda və Özbəkistan EA Tarix İnstitutunun “Ozbəkistan tarixi” jurnalında nəşr olunmuşdur.

Nobel Qardaşları Muzeyi


Haqqında

Nobel Qardaşları Muzeyi Nobel qardaşları Muzeyi Bakıda 2008-ci ildə açılıb. Bu, İsveç sərhədlərindən kənarda yerləşən yeganə Nobel muzeyidir. Qardaşlar tərəfindən 1884-cü ildə tikilmiş “Villa Petrolea” adlı kompleksin bərpası azərbaycanlı xeyriyyəçi Toğrul Bağırovun bütün ailənin marağını rəsmən təmsil edən Nobel Ailəsi Cəmiyyəti ilə birgə 2003-cü ildə yaratdığı Bakı Nobel İrsi Fondunun mühüm addımlarından biri oldu. Robert, Lüdviq və Alfred Nobel qardaşları 1879-cu ildə “Nobel qardaşları neft istehsalı ortaqlığı” firmasının əsasını qoyublar. Firma əsas fəaliyyətini Bakıda və Abşeronda həyata keçirib. Qardaşların Bakı nefti əməliyyatlarından əldə etdikləri kapital dünyanın ən nüfuzlu mükafatlarından olan Nobel mükafatının material bazasının təxminən 20 faizini təşkil edib. Villa tanınmış isveçli memar Lindval tərəfindən yerli əhəngdaşı və oduncaqdan istifadə edilməklə Vizantiya üslubunda tikilib. Binada Bakıda və regionda ilk dəfə olaraq “Bells” telefonu və havalandırma sistemi quraşdırılıb. Evin interyeri dəyişdirilib, lakin bəzi elementlər (məsələn, buxarılar) əvvəllər olduğu kimi, dəqiqliklə yenidən qurulub. Ümumilikdə villanın interyeri sadə Avropa üslubunda formalaşdırılıb, lakin bir otaq Şərq üslubunda tərtib edilib. Binada Nobel qardaşları Muzeyi ilə yanaşı, Bakı Nobel Neft Klubu və Beynəlxalq Biznes Mərkəzi yerləşir. Yenilənmiş “Villa Petrolea”da və muzeydə çoxlu artefaktlar, ailəyə aid qiymətli əşyalar, məşhur sənətkarların əsərləri saxlanılır: Faberje, keçən əsrin əvvəllərinin portretçi rəssamı V.A.Serov və başqalarının əsərləri. Bir sıra eksponatlar Nobel qardaşlarının varislərindən (hazırda onların sayı 400-dən çoxdur), kolleksiyaçılardan və Avropa ölkələrinin əntiq mağazalarından əldə edilib. Nobel Biznes Mərkəzi və klubu görkəmli rəssamlar T.Nərimanbəyov, S.Məmmədov, G.D.Brijatyuk və başqalarının orijinal işləri ilə bəzədilib. Villanın həyətində heykəltəraş Zurab Seretelinin hazırladığı tunc atlar qoyulub. Qeyd edək ki, Nobel qardaşları Bakı ətrafındakı “Villa Petrolea” kompleksini şirkətin işçiləri üçün tikmişdilər. Onun ətrafında evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının iqamətgahı yerləşirdi. Məlumdur ki, Nobel firmasının işçiləri daş bünövrəli bir və ikimərtəbəli taxta kotteclərdə yaşayıblar. Böyük binanın aşağı mərtəbələri idarə üçün ayrılmışdı, yuxarı mərtəbələrdə klub, istirahət otaqları və kitabxana yerləşirdi. Bütün interyer zəngin tərtibata malik idi. Peterburqdan rəssamlıq əsərləri, kitabxana üçün kitablar, bağ üçün heykəllər gətirilmişdi. Otaqlara azərbaycanlı və iranlı xalçaçıların toxuduqları bahalı xalçalar döşənmişdi. Park, klub, kitabxana və evlərə ümumilikdə 250 min rubldan çox xərc çəkilmişdi ki, bu, o dövr üçün böyük məbləğ sayılırdı. “Villa Petrolea” 1920-ci ilədək Nobel qardaşlarının mülkiyyəti olub. Kompleksin peşəkar bərpası nəticəsində onun təmtərağı və Skandinaviya üslubu özünə qayıdıb. Yeri gəlmişkən, Nobel Qardaşlarının Muzeyi’nə giriş pulsuzdur.

Azərbaycan Milli Xalça Muzeyi

  • Əsası qoyulub 1967

    1967
  • Açılış tarixi

    1967
  • Ölkə

    Azərbaycan
  • Yerləşir

    Azərbaycan, Bakı AZ 1003, Mikayıl Useynov prospekti, 28. Dənizkənarı Milli Park

Haqqında

Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey. Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci iltarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi Arxivləşdirilib 2019-07-17 at the Wayback Machine adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzey özündə 7 kolleksiyanı birləşdirir: "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zəngərlik məmulaları".Muzeyin yaranmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, "Azərbaycan xalçası" adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur. Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Heydər Əliyev iştirak etmişdir. 1970–1980-ci illərdə Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alındı. 1992-ci ildə Azərbaycan Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü. 1991-ci ildə SSRİ-nin süqutundan sonra prezident sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verildi və Muzey Mərkəzi adını aldı. Azərbaycanın müxtəlif regionlarından olan xalça və tətbiqi sənət nümunələrini sərgiləyən muzeyin ekspozisiyası binanın ikinci mərtəbəsində yerləşən 13 geniş zalda yerləşirdi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və YUNESKO-nun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi. Muzeyin 50 illik fəaliyyəti dövründə bir neçə rəhbəri olmuşdur. 1967–1982-ci illərdə əməkdar incəsənət xadimi Əziz Əliyev, 1982–2016-cı ilin 5 yanvar tarixinə kimi əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva muzeyin direktoru vəzifəsində çalışmışlar. 2 mart 2016-cı il tarixindən muzeyə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova rəhbərlik edir. Muzey sərgilər, beynəlxalq simpoziumlar və konfranslar keçirməklə elmi-tədqiqat, mədəniyyət və təhsil mərkəzinə çevrilmişdir. 50 illik fəaliyyəti ərzində muzey dünyanın bir çox ölkələrində 30-dan çox sərgi təşkil etmişdir. 1983-cü ildə Heydər Əliyevin təşəbbüsü və YUNESKO-nun təşkilati dəstəyi ilə Azərbaycan Xalça Muzeyində "Şərq xalça sənəti" mövzusunda birinci beynalxalq simpozium keçirildi. Azərbaycan Xalça Muzeyinin bilavasitə iştirakı ilə 1988-ci ildə "Azərbaycan xalça sənəti", 2003-cü ildə "Azərbaycan xalçası və xalq tətbiqi sənəti", 2007-ci ildə Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan xalça sənəti" (Paris, UNESCO-nun Baş qərargahı) adlı beynalxalq simpoziumlar keçirilmişdir. Muzey əlaqədar beynəlxalq şəbəkələrin fəal iştirakçısıdır. O, Avropa Tekstil Şəbəkəsi (ETN), Avropa Muzey Forumu (EMF), Beynəlxalq Muzeylər Şurası (İCOM), YUNESKO və Təhsil, Elm və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Fond (IFESCCO) ilə sıx əməkdaşlıq edir. 2004-cü ildə muzeyin iştirakı ilə "Azərbaycan xalçasının qorunması və inkişafı" üzrə milli qanun hazırlanıb qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan xalçasının reyestrinin tərtib edilməsi, qorunması və inkişafı istiqamətində dövlət dəstəyinin təminatı, elmi və metodiki kadrların hazırlanması nəzərdə tutulmuşdur. 2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"na daxil edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə "Milli" statusu verilmişdir. Hazırda, ölkənin müasir tikililərindən birində yerləşən Azərbaycan Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi

  • Əsası qoyulub

    2008
  • Yerləşir Qala kəndi

    Abşeron yarımadası

Haqqında

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış muzey kompleksi.İnteraktivə 3 muzey daxildir: Arxeoloji-Etnoqrafik muzey kompleksi Qala Qəsri Əntiq Əşyalar muzeyi Arxeoloji etnoqrafik muzey kompleksi — Abşeron yarımadasının abidələri, tarixi yerləri qeyd olunmuş xəritə, plan, sxem və Abşerona məxsus abidələr təsvir olunmuş stendləri; Abşeronun şərqindən aşkarlanmış ov səhnəsi, insanı qurban vermək, müqəddəs nigah və s. təsvirlər həkk edilmiş, ümumi ideoloji dünyagörüşü sistemi təqdim olunmuş, e.ə 3-2-ci minilliyə aid qayaüstü rəsmləri; bütlər; meqalitik abidələr; arxeoloji tapıntılarla zəngin arxeoloji qalereya; orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları; qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümünələrini; interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən 19-cu əsrə aid ikimərtəbəli yaşayış evi; təsərrüfatın canlı nümunələri- qoyunçuluq, dəvəçilik, atçılıq və s. özündə birləşdirir. Qala qəsri — kəndin ən qədim yaşayış ərazisində tikilmişdir. 2009-cu ildə aparılan arxeoloji qazıntılar zamanı 10-12-ci əsrlərə aid olması aşkar edilmişdir. Hazırki dövrə divar qalıqları və qalanın bir hissəsi gəlib çatmışdır. 2011 -ci ildə qala Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunmuşdur. Arxeoloji qazıntılar zamanı üst təbəqədən orta əsrlərə aid bir neçə material aşkarlandı ki, bu da ərazinin orta əsrlərdə daimi yaşayış məskəni olmasını subut etdi. Aşkarlanan təndir qalıqları, keramika qalıqları (boyalı və boyasız), dəmir alətlər, heyvan bağlamaq ücün dəliklər, aşkarlanan yaşayış məkanları insanların qala ətrafında kompleks şəkildə yaşamasından xəbər verir. Həmin təndirlər çox guman ki, XVIII əsrdə Nadir şahın bura öz qarnizonunu yerləşdirdiyi vaxtlarda, qarnizonun tələblərini yerinə yetirmək məqsədi ilə inşa edilmişdir. Qəsrdə aşkarlanan yeraltı yollar X-XIV əsrlərə aid edilir. Kənd ağsaqqallarının dediklərinə görə yollardan biri dəniz qırağına, digəri isə şəhərə gedib çıxır. Arxeoloji tədqiqat zamanı maraqlı tapıntılardan biri də, Tunc dövrünə aid edilən qayaaltı yaşayış yeridir. Qəsrin bir divarına bitişik məscid inşa edilmişdir. Daxilində ekspozisya qurulmuş, arxeolojı qazıntılar zamanı aşkarlanan XIII- XIV əsrdən, Azərbaycanda çarizm dövrünə qədər yəni XIX əsrə qədər olan numizmatik materiallar və orta əsrlərə aid keramika qalıqları nümayiş olunur. Əntiq Əşyalar muzeyi — 2011-ci ildə mühəndis, bərpaçı, xeyriyyəçi, Qarabağ müharibəsi əlili, “Azərbaycan bayrağı” ordenli Şahid Həbibullayevin topladığı şəxsi kolleksiya əsasında yaradılmışdır. Kolleksiya hazırda 3000-ə yaxın maddi-mədəniyyət nümunələrini əhatə edir. Əntiq Əşyalar Muzeyində bu toplunun yalnız 800 eksponatı nümayiş etdirilir. Muzeyin 2-ci mərtəbəsində müxtəlif dekorativ-tətbiqi sənət inciləri, 3-cü mərtəbədə respublikanın ayrı-ayrı bölgələrindən toplanmış, ABŞ, Almaniya, Avstriya, Belçika, Rusiya, Fransa, İngiltərə, İran, Özbəkistan, Polşa, Türkiyə və digər ölkələrdə istehsal edilmiş və qədim zamanlardan xalqın məişətinə daxil olmuş nümunələr sərgilənir.[4] Muzeydə İnformasiya Mərkəzi yaradılmış, karvansara-restoran fəaliyyətə başlamışdır. Turistlər və qonaqlar İnformasiya Mərkəzindən qoruqdakı muzeylər barədə ətraflı məlumat ala, elektrik avtobusları və velosipedləri icarəyə götürə bilər. Muzey daxilinə müxtəlif dillərdə ekskursiyalar təşkil olunur: Azərbaycan, Rus, İngilis, Alman və Fransız. Muzey-kompleksində fiziki qüsurlu insanların hərəkəti üçün şərait yaradılmış, 35000 kvadratmetrlik parkinq sahəsi, elektrikli nəqliyyat vasitələri üçün qaraj quraşdırılıb. Muzeyin ərazisi 1.5 ha-dır. 2010-cu ildə keçirilən Qala festivalında toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini yaşadan sənətkarların əl işləri nümayiş etdirilmiş, uşaqlar üçün ustad dərsləri təşkil olunmuş, qonaqlara qədim məişət və etnoqrafik ənənələrlə yaxından tanış olmaq imkanı yaradılmışdı. Əsası qoyulub 2008 Yerləşir Qala kəndi, Abşeron yarımadası