Bakı Metropolitenində qadağa

Bakı Metropolitenində qadağa

  • 5. Bakı metropolitenində aşağıdakılar qadağandır:
  • 5.1. Alkaqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək, sərxoş vəziyyətdə stansiyaya daxil olmaq və vaqonda getmək.
  • 5.2. Stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək.
  • 5.3. Sərnişinlərin geyimlərini və ya salonunu çirkləndirə biləcək paltarda olmaq və ya çirkli əl yükünü aparmaq;
  • 5.4. Sərnişinlər üçün narahatlıq yarada biləcək xəstə (yoluxucu xəstəliyə yoluxmuş) halda stansiyaya daxil olmaq və vaqonda getmək;
  • 5.5. Sərnişinlər üçün narahatlıq və yoluxucu xəstəliyə yoluxma təhlükəsi yarada bilən xəstə heyvan və ya quşla stansiyaya daxil olmaq və ya onları qatarda aparmaq;
  • 5.6. Ödənişsiz gediş hüququ sənədlərin surəti ilə və ya onları əvəz edən sənədlərlə (hətta notarial qaydada təsdiq olunmuş olsa belə) buraxılış məntəqələrində stansiyaya daxil olmaq;
  • 5.7. Çıxışlardan, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmaq;
  • 5.8. Ölçüləri böyük olan, uzunluq, en və hündürlük əndazə ölçülərinin cəmi 200 sm-dən çox olan, eləcə də uzunluğu 220 sm-dən artıq olan uzun ölçülü əl yükünü aparmaq;
  • 5.9. Bükülməmiş, bağlanmamış və bərkidilməmiş, sərnişinlərə xəsarət yetirmək imkanı olan əl yükünü (şüşə, linoleum, ruberoid, metal profil, taxta, tamasa, yığılmayan və çexolu olmayan velosiped və s.) aparılmaq;
  • 5.10. Əl yükünün daşınması üçün təkərli vasitələrdən (çanta-arabacıqlar istisna olunmaqla) istifadə etmək.
  • 5.11. Özbaşına stansiya yollarına düşmək, vaqonun idarə kabinəsinə, xidməti, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və Bakı metropoliteninin çəpərlənmış digər ərazilərinə daxil olmaq;
  • 5.12. Binalara, tikililərə və qurğulara, stansiyaların, eskalatorların və vaqonların avadanlıqlarına ziyan vurmaq;
  • 5.13. İşlək vəziyyətdə olmayan eskalatorlardan icazəsiz istifadə etmək;
  • 5.14. Eskalatorda sürahiyə dirsəklənmək, sürahinin üstünə əşya qoymaq, sürahini çıxarmaq, hər hansı əşya atmaq, qaçmaq, oturmaq, zəruriyyət olmadan balüstradada yerləşdirilmiş “Stop” açarından istifadə etmək;
  • 5.15. Tezalışan, toksik və zəhərləyici maddələr, əşyalar və mayelər, məişət qaz balonları aparmaq;
  • 5.16. Açıq oddan, pirotexniki qurğulardan (fişənglərdən, partlayıcılardan və s.) istifadə etmək;
  • 5.17. Odlu silah, deşici əşyalar aparmaq;
  • 5.18. Stansiyaların vestibüllərini, keçidlərini və plarformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək;
  • 5.19. Yollara hər hansı əşya atmaq;
  • 5.20. Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan foto, video və kino çəkilişləri aparmaq;
  • 5.21. Stansiyalarin vestibüllərində, keçidlərində və plarformalarında, eskalatorlarda, vaqonlarda hər hansı yazılar yazmaq;
  • 5.22. Platformada qaçmaq, məlumat göstəriciləri ilə müəyyən olunmuş hərəkət istiqamətinə riayət etməmək, mütəşəkkil sərnişin axınına mane olmaq;
  • 5.23. Qatar tam dayanana qədər sərnişin platformasının kənarındakı hüdud xəttini keçmək;
  • 5.24. “Ehtiyatlı olun! Qapılar bağlanır” elanından sonra vaqonun salonuna daxil olmaq, eləcə də vaqonun qapılarını tutub saxlamaqla vaqona minmək və ya vaqondan düşmək;
  • 5.25. Qatarın hərəkəti zamanı vaqonun qapılarını açmaq, stansiyalarda qapıların açılıb-bağlanmasına mane olmaq, qatarın yola düşməsini ləngitmək;
  • 5.26. Zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək;
  • 5.27. Metropoliten ərazisində diyircəkli konkilərdə, lövhələrdə və digər analoji təkərli və diyircəkli vasitələrdə hərəkət etmək;
  • 5.28. Uca səsli audiotexnikaya qulaq asmaq, səsgücləndiricilərdən istifadə etmək və musiqi alətlərində çalmaq;
  • 5.29. Müvafiq elandan sonra sərnişinsiz hərəkət etməli olan qatara minmək və ya qatardan düşməmək;
  • 5.30. Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan metropoliten ərazisində qanunvericiliklə müəyən edilmiş qaydada kommersiya, reklam və ya digər formada fəaliyyət göstərmək və hər hansı formada təbliğat aparmaq;
  • 5.31. Bakı metropoliteninin bütün obyektlərinə, o cümlədən ventilyasiya şaxtaları köşklərindən 25 m-dən yaxın məsafədə zibil yandırmaq və tonqal qalamaq;
  • 5.32. Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədiciləri qoşmaq.