z

Reklam və kommersiya

Biz necə işləyirik?

Biz müqavilənin bağlanmasından onun qüvvədə olduğu müddətin sonunadək olan
bütün prosesləri tənzimləyirik. Əməkdaşlarımız çapın keyfiyyətinə, imiclərin quraşdırılmasına cavabdeh olmaqla yanaşı, layihənin icra müddətini daim nəzarətdə saxlayırlar.
Çap mərhələsindən tutmuş yerləşdirmə haqqında foto-hesabata qədər bütün işlər yüksək səviyyədə icra olunur. Komandamız səmərəli əməkdaşlıq və məmnuniyyətin lazımi səviyyədə olacağı ilə bağlı öz imkanlarına və işinə tam arxayındır.
Sifarişçi ilə qarşılıqlı əlaqənin istənilən forma və mərhələsində müddət və öhdəliklərə riayət edilməsi ciddi şərtlərimizdən biridir. Biz mobilliyin və peşəkarlığın yüksək səviyyəsi ilə və bu sahədə rəqibimizin olmaması ilə fərqlənirik. Hər gün yüz minlərlə insan sizin reklamı görəcək.
Məsələyə peşəkar yanaşma, üstəgəl məsuliyyətin yüksək səviyyəsi son nəticədə Sifarişçi ilə rahat və uzunmüddətli qarşılıqlı əlaqənin təmin edilməsinə imkan verir.

Zonalar üzrə bölgü

Sərnişin axını:

1 gün ərzində ~ 683.384 (oktyabr 2023)

 10 ay ərzində ~ 177.975.429 (2023)

Qiymətlər

Turniketdən sonra:
•    Platformanın divarları
•    Pilləkənlərin divarları
•    Eskalatorların üstü və divarları
•    Sütunlar
•    Sərnişin vaqonları
Turniketə qədər:
•    Vestibüllər
•    Keçidlər
ƏDV qiymətə daxil deyil.

Sütunların brendinqi

ƏDV qiymətə daxil deyil.

Vaqonların pəncərələri

Bir vaqonda cəmi 6 reklam yeri var.
Hər reklam yerində bir ay müddətində reklam yerləşdirilməsinin qiyməti 100 AZN təşkil edir. Çap və quraşdırma 20 AZN.

ƏDV qiymətə daxil deyil.

Promo aksiya

Stansiyalarımızda (yalnız vestibül, dəhliz və keçidlərdə) promo-aksiya keçirə bilərsiniz. Bir stansiyada (saat 08.30–18.30 radələrində) promo aksiyanın qiyməti — 150 azn.

Promo aksiyada 3 şəxs iştirak edə bilər

(1 stend və 1 rollap).
ƏDV qiymətə daxil deyil.

Monitorlar

Stansiyalarımızda quraşdırılmış monitorlarda videoçarx və slayd-şou formatında reklamınızı yerləşdirə bilərsiniz. (Videoçarxların xronometrajı 20 saniyəyə qədər olmalıdır) ƏDV qiymətə daxil deyil.
Yayımlanma müddəti 10 gündən aşağı, lakin 3 gün müddətindən az olmayan reklam sifarişləri üçün.

“İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu”, “Əhmədli”, “Həzi Aslanov”, “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “Memar Əcəmi”, “Nizami”, “Azadlıq prospekti” və “Xətai” stansiyalarının hər hansı birində 30 gün müddətinə videoçarxların sifarişi üçün.

Stansiyalarda monitorların sayı fərqlənə bilər. Qiymətlər bir monitor üçün verilib.
Videoçarxların xronometrajı 20 saniyəyə qədər olmalıdır. ƏDV qiymətə daxil deyil.

Ətraflı:

Əlaqə:

Asif Hüseynov
Müştəri xidmətləri üzrə mütəxəssis
+994 12 490 00 00 (1838)

 

Ətraflı məlumat və tariflər: