z

Almatı metrosunda iki yeni stansiya

Almatı metrosunda iki yeni stansiya

18 FEVRAL / 2022 / 20:15

Tengrinews.kz portalı məlumat verir ki, Almatı metrosunun akimi Yerbolat Dosayev metronun iki yeni stansiyasının açılış tarixini bildirib. Bu barədə meqapolis başçısı president Kasım-Jomart Tokayevin iştirak etdiyi geniş iclasda məlumat verib.
Dosayevin sözlərinə görə, iki yeni “Sarıarka” və “Baurjana Momışulı” stansiyalarının açılışı cari ilin may ayına planlaşdırılır. "Cari ildə istismara verilməsi planlaşdırılan metronun iki stansiyası gündəlik sərnişin axınını 30 mindən 80 minə qədər artmasına imkan yaradacaq"-deyə o bildirib.
Xatırladaq ki, ötən ilin dekabrın 30-da metronun iki yeni “Sarıarka” və “Baurjana Momışulı” stansiyalarının texniki buraxılışı həyata keçmişdi. “Sarıarka” stansiyası “Femili” parkının rayonunda yerləşir. Bu stansiya dərin özüllü və pilon tiplidir. Stansiya fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan iki lift ilə təchiz olunub və 8 eskalatordan ibarətdir.
“Baurjana Momışulı”stansiyası Momışulı küçəsinin qərb istiqamətində Ebaya prospektində yerləşir.Bu stansiya kolon tipli və dayaz özüllüdür. Stansiya iki yeraltı vestibül və 6 giriş qrupdan ibarətdir. Stansiyada 6 lift və 15 eskalatorun quraşdırılması planlaşdırılır.