z

Yeni stansiyanın tikintisinə başlanılıb

Yeni stansiyanın tikintisinə başlanılıb

05 MART / 2022 / 20:13

Rusiyann şimal paytaxtının metro inşaatçıları yaşıl xəttin “Turistskaya” stansiyasının tikintisinə başlayıblar. Bunu “Komsomolskaya pravda”qəzeti Sankt-Peterburqun “Metrotikinti” ASC-nin mətbuat xidmətinə istinadən “Nevskiye novosti”nin bildirdiyini yazıb.
Məlumatda bildirilir ki, mütəxəssislər “Nadejda” qazma sipərini inşaat sahəsinə daşıyırlar. Diametri 10 metrə yaxın olan qazma qurğusu iki yollu tunellərin qazılması üçün lazımdır. Əvvəllər ondan Moskva metrosunun inşaatçıları istifadə ediblər. Hazırda isə sipər Peterburqa gətirilir. Digər komplektləşdirici hissələr hələ yoldadır. Metronun yeni “Turistskaya”stansiyasının açılışı 2026-cı ilə planlaşdırılırdı. Vəziyyətdən asılı olaraq bu müddət başqa bir vaxta keçirilə bilər.