z

May-Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür.

May-Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür.

10 MAY / 2022 / 14:48

May-Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür.
〽️Bakı metropoliteninin ən mühüm layihələrindən biri fiziki imkanları məhdud insanlara metropolitendən təhlükəsiz və rahat istifadə imkanı yaratmasıdır. Metroda əlil arabasından istifadə əlçatandır.
Əlil arabası ilə Bakı metropolitenindən istifadə etmək istəyən şəxslər əvvəlcədən sifariş etməklə metropoliten əməkdaşlarının köməyindən yararlana bilərlər.
Aşağıdakı şəxslər metropoliten işçilərinin onları müşayiət etmələri üçün sifariş verə bilərlər:
✅ əlil arabası ilə hərəkət edənlər;
✅ əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər;
✅ görmə qabiliyyəti məhdud olanlar;
✅ eşitmə qabiliyyəti məhdud olanlar;
✅ uşaq arabacıqları ilə hərəkət edənlər;
✅ ahıllar;
✅ əl yükü olan hamilə qadınlar.

Linkə keçid edərək ətraflı məlumat ala bilərsiniz. http://metro.gov.az/az/termsofuse
#bakumetro #bakımetrosu #bakımetropoliteni #əlçatanmetro