z

8 Noyabr - Zəfər Günü

8 Noyabr - Zəfər Günü

08 NOYABR / 2022 / 22:22

Bu gün Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, şücaətli Azərbaycan ordusunun qəhrəmanlığı və uğrunda qurban gedən şəhidlərin qanı bahasına  işğal altında olan torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsinin iki ili tamam olur.
Sentyabrın 27-dən başlayaraq, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu doğma Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan cənab İlham Əliyevin 3 dekabr, 2020-ci il tarixli Sərəncamına əsasən,  xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən 8 Noyabr, misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Zəfər günü kimi təsis edilib.
Həmin ilin dekabrında məhz cənab Prezidentin təşəbbüsü ilə metropolitenin 26-cı, Bənövşəyi xəttin 3-cü stansiyasına “8 Noyabr”adı verilib.
2021-ci il dekabrın 29-da açılmış stansiyanın bu Zəfər tarixini öz adında əks etdirməsi metropolitençilərin qürur mənbəyidir. 

Yaşasın Ali Baş Komandan və müzəffər Azərbaycan ordusu!

Bayramınız mübarək, əziz həmvətənlər!