z

18 Oktyabr - Müstəqilliyimizin Bərpası Günü

18 Oktyabr - Müstəqilliyimizin Bərpası Günü

18 OKTYABR / 2022 / 10:51

18 Oktyabr - Bu gün çoxəsrlik tarixə malik qalib Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 31 illiyini qeyd edir.
1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında müzakirələrin yekun nəticəsi kimi Azərbaycanın müstəqilliyi elan olunub. Milli Məclis 2022-ci il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyərək mayın 28-ni Müstəqillik Günü, oktyabrın 18-ni isə Müstəqilliyin Bərpası Günü elan edib.
Oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 1918-ci il mayın 28-də dövlət müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Müasir Azərbaycan dövləti tarixi varislik üzərində inkişaf edərək bugünkü yüksək səviyyəyə gəlib çatıb. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı dövlətimizin suverenliyini, müstəqilliyini qanı-canı bahasına qoruyub.
Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır”!