“İçərişəhər” stansiyasında məktəblilərə kitablar hədiyyə olunub

“İçərişəhər” stansiyasında məktəblilərə kitablar hədiyyə olunub

15 SENTYABR / 2022 / 16:19

Yeni tədris mövsümünün başlanması münasibətilə Bakı metropoliteninin “İçərişəhər” stansiyasında məktəblilərin təhsilə marağını dəstəkləmək və təşviq etmək, eləcə də vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək olmaq məqsədi ilə növbəti aksiya keçirilib. Kiçikdən böyüyə hər kəsin xüsusi rəğbət bəslədiyi Əməkdar artist və uşaqlar üçün kitabların müəllifi kimi də məşhurlaşmış Bəhram Bağırzadənin budəfəki layihəsi Bakı və Şuşa haqqında kitablar olub.
Kitabları balacalara öz imzası ilə təqdim edən Bəhram Bağırzadə onlarla söhbətləşərək yeni tədris mövsümünün başlanması ilə bağlı tövsiyələrini də verib.