z

Sirlərlə dolu yeraltı şəhər

Sirlərlə dolu yeraltı şəhər

17 YANVAR / 2023 / 15:03

“Bakı Metropoliteni” QSC orta, ixtisas və peşə məktəblərinin şagirdləri, ali təhsil müəssisələrinin tələbələri,
ümumiyyətlə, paytaxtın yeraltı şəhər aləmi ilə tanış olmaq istəyən kollektivlər üçün korporativ ekskursiyalar təşkil edir.
Turun proqramına Təlim-tədris mərkəzi və “Nərimanov” elektrik deposu ilə tanışlıq daxildir. Ekskursiya iştirakçıları tur zamanı metropolitenin işi barədə ətraflı məlumat əldə edəcək və mürəkkəb, çoxşaxəli fəaliyyət sahələri ilə əyani tanış olacaqlar.
Sərnişinlərin görmədiyi sirli aləm tur iştirakçılarına əvəzolunmaz hisslər yaşadacaq. Yeniyetmə və gənclər
üçün bu turlar maraq dairəsinin və dünya görüşünün zənginləşdirilməsi, onların texniki yönümlü peşələrə
marağını artırmaq və ixtisas seçimində istiqamətləndirmə baxımından əvəzsizdir. İştirakçılar Bakı metropoliteninin tarixi, keçdiyi inkişaf yolu, elmi-texniki nailiyyətləri, normal fəaliyyəti təmin edən sahələr, metro stansiyaları və xətlərinin tikintisinin xüsusiyyətləri, vaqon parkı, mühəndis-texniki qurğuları
və onlara xidmət barədə əyani məlumat əldə edəcəklər.
Əziz dostlar!
Bakı metrosuna səyahət Sizə maraqlı bir aləmin möcüzələrini, buradakı fədakar insanlar, onların işi
ilə yaxından tanışlığın sevincini bəxş edəcək, dünya görüşünüzü zənginləşdirəcək anlar yaşadacaq.
Yolunuzu gözləyirik!
Metropolitenlə yaxından tanış olmağa dəvət edirik


“Bakı Metropoliteni” QSC