z
18 MAY / 2026 / 17:16
Bakı metropoliteninin işarəvermə sistemlərinin modernləşdirilməsi və rəqəmsallaşdırılması layihəsi ilə bağlı Metropolitenin Təlim-tədris mərkəzində ictimai dinləmə təşkil olunub.
İctimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə Bakı Metropoliteninin İşarəvermə və rabitə xidmətinin rəisi Niyazi Quliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, layihəni maliyyələşdirən Asiya İnkişaf Bankının (ADB) məsləhətçisi İrakli Kaviladze ətraflı təqdimatla çıxış ediblər.
Məlumat verilib ki, Bakı metropoliteninin işarəvermə sistemlərinin modernləşdirilməsi layihəsində CBTC qatarların hərəkətinin idarəetmə sisteminin tətbiqi nəzərdə tutulur. Həmçinin Asiya İnkişaf Bankının məsləhətçisinin layihə üzrə təqdimat edilmiş əsas komponentlər, planlaşdırılan fəaliyyətlər və gözlənilən nəticələr barədə məlumatla tanışlığı təmin edilib.
İctimai görüşün əsas məqsədi layihə haqqında ümumi məlumatın təqdim edilməsi, layihənin potensial ətraf mühit və sosial aspektlərinin müzakirəsi, eləcə də maraqlı tərəflərin rəy və təkliflərinin dinlənilməsi olub.
Sonda ictimaiyyəti maraqlandıran suallar cavablandırılıb, qaldırılan məsələlərə dair izahlar verilib.