z

“Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən işarəvermə sistemlərinin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması

“Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən işarəvermə sistemlərinin modernləş...

04 MAY / 2026 / 18:03

“Bakı Metropoliteni” QSC Azərbaycan Respublikasının “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktlara uyğun olaraq, müvafiq beynəlxalq qurumların tələblərinə əsasən “Bakı Metropoliteninin işarəvermə sistemlərinin  modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsi çərçivəsində hazırlanmış İlkin Ətraf Mühitin Qiymətləndirilməsi sənədinin ictimaiyyətə təqdim olunması və müzakirəsi məqsədilə ictimai dinləmə keçirir. 
İctimai Dinləmə çərçivəsində layihənin potensial təsirləri barədə ictimaiyyətə ümumi məlumatın verilməsi, "Ətraf Mühit və Sosial İdarəetmə və Təsirlərin Azaldılması Planı"na dair təqdimatın keçirilməsi, habelə görüş iştirakçıları ilə müzakirələrin aparılması nəzərdə tutulur.
Layihə haqqında qısa məlumat:
Layihə Bakı şəhərində metro infrastrukturunun genişləndirilməsini, yeni stansiyaların və tunellərin tikintisini, mövcud xətlərin modernizasiyasını və sərnişindaşıma imkanlarının artırılmasını nəzərdə tutur. Layihənin əsas məqsədi nəqliyyat axınının optimallaşdırılması, şəhər mobilliyinin yaxşılaşdırılması və ekoloji təsirlərin azaldılmasıdır.
İctimai dinləmənin vaxtı və yeri:


Tarix: 12 May 2026-cı il
Saat: 11:00


Ünvan: Bakı şəhəri, “Baki Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzi, Azadlıq prospekti 22

İctimaiyyətin iştirakı:
Maraqlı tərəflər, yerli sakinlər, qeyri-hökumət təşkilatları və digər aidiyyəti şəxslər ictimai dinləmədə iştirak edə, layihə üzrə rəy və təkliflərini bildirə bilərlər.