z

Ümumi Satınalma Elanı (ÜSE)

Ümumi Satınalma Elanı (ÜSE)

26 MAY / 2026 / 12:46

Ölkə: Azərbaycan Respublikası
Layihə: Bakı Metropoliteninin Genişlənməsi Layihəsinin II mərhələsi (Yaşıl xətt)
Layihənin nömrəsi: P001107
Layihə üzrə icraçı təşkilat: “Bakı Metropoliteni” QSC


1.    Azərbaycan Respublikası Bakı Metropoliteninin Genişlənməsi Layihəsinin II mərhələsinin (yaşıl xətt) maliyyələşdirilməsi ilə əlaqədar kredit vəsaitinin alınması məqsədilə Asiya İnfrastruktur İnvestsisiya Bankına (bundan sonra AİİB və ya Bank) müraciət etmək niyyətindədir və kredit vəsaitlərinin bir hissəsinin qeyd edilən layihə çərçivəsində satın alınacaq mallar, işlər, qeyri-məsləhət xidmətləri və məsləhət xidmətləri üzrə ödəmələrə sərf ediləcəyi nəzərdə tutulur. 
2.    Layihə aşağıdakı komponentlərdən ibarətdir: Komponent 1: Tunellərin və yeraltı stansiyaların mülki tikintisi işləri, habelə elektromexaniki sistemlərin quraşdırılması; Komponent 2 – İşarəvermə və rabitə sistemlərinin modernləşdirilməsi; Komponent 3: Tətbiq dəstəyi, çevrə və sosial idarəetmə və institusional potensialın gücləndirilməsi üçün məsləhət xidmətləri.
3.    Bank tərəfindən maliyyələşəcək müqavilələrin satınalınması Bankın Borcalanları üçün Satınalma Təlimatlarında (bundan sonra BST) təsbit edilmiş prosedurlara uyğun olaraq həyata keçiriləcəkdir və BST-də qeyd edilmiş tələblərə cavab verən bütün hüquqi və fiziki şəxslər satınalma prosedurlarında iştirak edə bilərlər. İlkin razılaşdırılmış satınalma planı və onun sonrakı yeniləmələri təsdiq edildikdən sonra Bankın informasiya resurslarında dərc ediləcəkdir. İşarəvermə və rabitə sistemlərinin modernləşdirilməsi işlərinin satınalması müqaviləsinə Asiya İnkişaf Bankı (bundan sonra AİB) və AİİB arasında yekun birgə maliyyələşdirmə razılaşmalarına əsasən AİB-in Satınalma Siyasəti tətbiq oluna bilər.
4.    Beynəlxalq açıq tender üsulu ilə satın alınacaq müqavilələr üzrə xüsusi satınalma elanları Bankın və “Bakı Metropoliteni” QSC-nin veb səhifəsində dərc olunacaqdır.
5.    Sözügedən layihə üzrə malların, işlərin, qeyri-məsləhət xidmətlərinin və məsləhət xidmətlərinin təmin edilməsi üçün iştirakda və ya əlavə məlumatın əldə edilməsində maraqlı olan və tələblərə cavab verən hüquqi və fiziki şəxslər aşağıdakı ünvanda göstərilən layihə üzrə icraçı təşkilata müraciət edə bilərlər.


Mikayıl Rəfili küç. 16, Bakı şəh. AZ1010, Azərbaycan Respublikası
Əlaqələndirici şəxs: Emil Vəliyev, İdarə heyəti sədrinin müşaviri/Layihələrin idarəolunamsı qrupunun rəhbəri
E-poçt: bmep-group@metro.gov.az    
Veb səh.: https://metro.gov.az