z
10 IYUL / 2026 / 09:49
“Bakı Metropoliteni” QSC tərəfindən 13.07.2026-cı il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC-nin obyektlərində video və foto arxivlərinin yaradılması, taymlaps və dron çəkilişlərinin aparılması, çəkiliş materiallarının emalı, təmizlənməsi və rəqəmsal formatda arxivləşdirilməsi, video çarxlarının hazırlanması və 12 ay müddətində sərt disklərdə saxlanılması xidmətlərinin satın alınması üzrə “Kotirovka sorğusu” 20.07.2026-cı il tarixə saat 15:00-a keçirilmişdir. Müsabiqə sənədləri 3 (üç) nüsxədə - 1 (bir) əsli və 2 (iki) surəti olmaqla təqdim olunmalıdır. Texniki sənədlər və kommersiya təklifi sənədlərinin hər biri ayrıca zərflərdə yerləşdirilməli, zərflər bağlı, imzalanmış və möhürlənmiş şəkildə 20.07.2026-cı il saat 12:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsinə təqdim edilməlidir. Zərflər 20.07.2026-cı il tarixdə, saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 13.07.2026-cı il saat 15:00-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 15.07.2026-cı il saat 15:00-a kimi və Təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır. Xahiş edirik nəzərə alasınız.
“Bakı Metropoliteni” QSC-nin Satınalma Komissiyası
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır