z

Bakı Metropoliteninin Siqnalizasiya Sisteminin Modernləşdirilməsi və Əməliyyatların Rəqəmsallaşdırılması Layihəsi çərçivəsində İlkin Bazar Məsləhətləşməsi üzrə Dəvət

Bakı Metropoliteninin Siqnalizasiya Sisteminin Modernləşdirilməsi və Əməliyyatların Rəq...

09 APREL / 2026 / 14:41

Təşkilatçı: “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (“Bakı Metropoliteni” QSC)
İştirak edən qurumlar: Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB)
Tarix: 30 aprel 2026-cı il
Vaxt: 14:00 – 16:00 (Bakı vaxtı, UTC+4)
Format: Virtual tədbir (onlayn)
Platforma: Microsoft Teams

“Bakı Metropoliteni” QSC bununla maraqlı şirkətləri Bakı Metropoliteninin Siqnalizasiya Sisteminin Modernləşdirilməsi və Əməliyyatların Rəqəmsallaşdırılması Layihəsi çərçivəsində keçirilən İlkin Bazar Məsləhətləşməsi tədbirində iştirak etməyə dəvət edir. İlkin Bazar Məsləhətləşməsi tədbirində iştirak bütün maraqlı bazar iştirakçıları üçün açıqdır.
Layihənin məqsədi Bakı metropoliteninin siqnalizasiya sisteminin modernləşdirilməsi və metro əməliyyatlarının rəqəmsallaşdırılmasının inkişaf etdirilməsidir. Layihənin Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilməsi, Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) isə birgə maliyyələşdirmədə iştirakı nəzərdən keçirilir və layihə “Bakı Metropoliteni” QSC tərəfindən həyata keçiriləcəkdir. Layihənin ümumi dəyəri hazırda vergilər və rüsumlar daxil olmaqla təxminən 350 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Bu İlkin Bazar Məsləhətləşməsi tədbiri mövcud texnologiyalar, bazar imkanları və potensial satınalma yanaşmaları barədə daha dolğun məlumat əldə etmək məqsədilə metro siqnalizasiya sistemləri təchizatçıları, sistem inteqratorları, rəqəmsal platforma təminatçıları, məsləhətçilər və müvafiq texnologiya təchizatçıları daxil olmaqla potensial bazar iştirakçıları ilə əlaqə yaratmaq üçün nəzərdə tutulmuşdur. Tədbir çərçivəsində “Bakı Metropoliteni” QSC tərəfindən layihənin ilkin konsepsiyası və potensial satınalma yanaşmaları təqdim olunacaq, həmçinin maraqlı şirkətlərə beynəlxalq təcrübəyə əsaslanan rəy və təkliflərini təqdim etmək imkanı yaradılacaqdır.
Layihənin ilkin tərkibi, o cümlədən, aşağıdakı komponentləri ehtiva edir: 
•    Metro siqnalizasiya sistemlərinin modernləşdirilməsi (CBTC əsaslı qatarların idarəetmə texnologiyaları daxil olmaqla)
•    Müasir Əməliyyatların İdarəetmə Mərkəzinin (OCC) yaradılması
•    Metro əməliyyatları və aktivlərin idarə olunması üçün qabaqcıl rəqəmsal sistemlərin tətbiqi
•    Rabitə, monitorinq və kibertəhlükəsizlik sistemlərinin inteqrasiyası
•    Metro şəbəkəsi daxilində dəstəkləyici rəqəmsal infrastrukturun yenilənməsi
•    Məsləhət xidmətlərinin göstərilməsi: layihənin idarə olunması, texniki nəzarət
Layihə əsasən mövcud metropoliten infrastrukturunda qabaqcıl metropoliten sistemlərinin təchizatı, quraşdırılması, inteqrasiyası, sınaqdan keçirilməsi və istismara verilməsini əhatə edəcəkdir. Satınalma prosedurlarının 2026-cı ilin III rübündə başlanılması gözlənilir.
İlkin Bazar Məsləhətləşməsi tədbirində iştirak etməklə şirkətlər aşağıdakı imkanları əldə edəcəklər: 
•    Layihənin ilkin əhatə dairəsi və məqsədləri barədə məlumat əldə etmək
•    Potensial satınalma strategiyası və vaxt qrafiki ilə tanış olmaq
•    Layihə dizaynının və satınalma yanaşmasının təkmilləşdirilməsinə kömək edə biləcək rəy bildirmək 
Bu tədbirdə iştirak hər hansı formal satınalma prosesində iştirak kimi qiymətləndirilmir. Layihə üzrə gələcək satınalma prosedurları müvafiq maliyyələşdirmə razılaşmalarına uyğun olaraq Asiya İnkişaf Bankının Satınalma Siyasəti (2017) və AİB Borcalanları üçün Satınalma Direktivinə (2026) uyğun şəkildə həyata keçiriləcəkdir. İştirak və tender təkliflərinin təqdim edilməsi bütün ölkələrdən uyğun şirkətlər və təşkilatlar üçün açıq ola bilər və yalnız ADB və AIIB üzv ölkələri ilə məhdudlaşmaya bilər, bu isə yekun razılaşdırılmış satınalma şərtlərindən asılı olacaqdır. İlkin Bazar Məsləhətləşməsi tədbiri zamanı təqdim olunan məlumatlar bütün iştirakçılar üçün əlçatan olacaqdır.   
Tədbirin şərti gündəliyi
· 14:00–14:10: Açılış nitqi və layihənin təqdimatı
· 14:10–14:30: Layihə konsepsiyası və ilkin əhatə dairəsinin təqdimatı
· 14:30–14:50: Potensial satınalma yanaşmasına ümumi baxış
· 14:50–15:00: Fasilə
· 15:00–16:00: Sual-cavab sessiyası
Qeydiyyat
Maraqlı şirkətlərdən xahiş olunur ki, 23 aprel 2026-cı il, saat 18:00-dək (Bakı vaxtı, UTC+4) aşağıdakı keçid vasitəsilə qeydiyyat formasını doldursunlar: 
Qeydiyyat üçün keçid
Qeydiyyat forması iştirakçılara tədbir üçün qeydiyyatdan keçməyə və şirkətlərinin layihə ilə bağlı təcrübəsi və imkanları haqqında əsas məlumatları təqdim etməyə imkan verəcəkdir. Qeydiyyatdan keçmiş iştirakçılara tədbirdən əvvəl onlayn görüş keçidi, bazar sorğusu anketi və qoşulma təlimatları ilə birlikdə təqdim olunacaqdır.

Əlaqə məlumatları
Bu tədbirlə bağlı əlavə məlumat üçün aşağıdakı şəxs ilə əlaqə saxlaya bilərsiniz:
Emil Vəliyev
“Bakı Metropoliteni” QSC
E-poçt: bmep-group@metro.gov.az