z
06 APREL / 2026 / 17:00
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində taktil döşəmələrin (Brayl blok) satınalınması üzrə keçirilən
Açıq Tenderə dair
BİLDİRİŞ
“Bakı Metropoliteni” QSC tərəfindən 10.04.2026-ci il tarixdə saat 15-00-da keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində taktil döşəmələrin (Brayl blok) satınalınması üzrə “Açıq Tender” 17.04.2026-ci il tarixə saat 15:00-a keçirilmişdir. Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 17.04.2026-ci il saat 12:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsinə təqdim edilməlidir. Zərflər 17.04.2026-ci il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 10.04.2026-ci il saat 15:00-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 14.04.2026-ci il saat 15:00-a kimi və Təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır. Xahiş edirik nəzərə alasınız. “Bakı Metropoliteni” QSC-nin Satınalma Komissiyası.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.