z
06 APREL / 2026 / 14:46
Ölkə: Azərbaycan Respublikası
Layihə: Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi (1-ci mərhələ)
Layihə №: P000969
Tapşırığın adı: Dərnəgül və Xocasən elektrik depolarının tikintisinin tamamlanması üzrə layihə sənədlərinin nəzərdən keçirilməsi, tikinti işlərinə nəzarət və avadanlıqların quraşdırılması üzrə məsləhət xidmətləri üçün Marağın İfadəsi üzrə Sorğu
İstinad №: BMEP/P1/CS-02
Azərbaycan Respublikası Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi (1-ci mərhələ) çərçivəsində xərclərin maliyyələşdirilməsi məqsədilə Asiya İnfrastruktur İnvestisiya Bankından (“Bank”) maliyyə vəsaiti cəlb etməyi nəzərdə tutur və bu vəsaitin bir hissəsini aşağıdakı məsləhət xidmətləri üzrə ödənişlərin həyata keçirilməsinə yönəltmək niyyətindədir: Dərnəgül və Xocasən elektrik depolarının tikintisinin tamamlanması üzrə layihə sənədlərinin nəzərdən keçirilməsi, tikinti işlərinə nəzarət və avadanlıqların quraşdırılması üzrə məsləhət xidmətləri.
Məsləhət xidmətləri (“Xidmətlər”) “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə (“Sifarişçi”) iki metro deposunun tikintisi üzrə layihənin yenidən baxılması və tikintiyə nəzarət, Yaşıl xətt üzrə mövcud stansiyaların təkmilləşdirilməsi, eləcə də avadanlıqların təchizatı və quraşdırılması işlərinin müvafiq müqavilələrin şərtlərinə, Azərbaycan Respublikasının normativ-hüquqi bazasına, layihə və müqavilələrin texniki spesifikasiyalarına uyğun şəkildə, vaxtında, səmərəli xərc idarəetməsi ilə və yüksək keyfiyyətlə tamamlanmasına dəstək göstərmək məqsədi daşıyır. Xidmətlərin başlanmasının nəzərdə tutulan tarixi 2026-cı ilin üçüncü rübü (sentyabr 2026) hesab edilir. Xidmətlərin ümumi müddəti başlanma tarixindən etibarən qırx səkkiz (48) ay təşkil edəcəkdir ki, bu müddətə iyirmi dörd (24) aylıq qüsurların bildiriş müddəti də daxildir. Tapşırıq üzrə ümumi qiymətləndirilmiş əmək resursları 546 adam-ay təşkil edir: əsas ekspertlər - 118 adam-ay, qeyri-əsas ekspertlər - 380 adam-ay, texniki dəstək heyəti - 48 adam-ay. Sifarişçi bu tapşırıq üzrə ən çox 6 məsləhətçi şirkəti qısa siyahıya daxil etməyi planlaşdırır.
Ətraflı Texniki Tapşırıq, tapşırıq və onunla bağlı məsuliyyətlər haqqında bütün məlumatları ehtiva edir. Maraqlanan bütün şirkətlər aşağıdakı keçidə klikləməklə Texniki Tapşırığı yükləyə bilərlər:
https://app.box.com/s/2qeot03omi3mgr9qf2v2m4v7xobi16am
Sifarişçi hal-hazırda maraqlı və uyğun hesab edilən şirkətləri (“Məsləhətçilər”) Xidmətlərin göstərilməsi üzrə Maraq İfadəsini təqdim etməyə dəvət edir. Maraqlı və uyğun Məsləhətçilər Xidmətləri yerinə yetirmək üçün tələb olunan minimum ixtisas və təcrübəyə malik olduqlarını göstərən məlumatları, o cümlədən broşür (şirkət profili, layihə məlumatları, müqavilənin müddəti, məbləği, layihənin ümumi dəyəri, iştirak faizi, başlanğıc və bitmə tarixləri) təqdim etməlidirlər.
Qısa siyahıya seçilmə üçün tələb olunan minimum ixtisas və təcrübə meyarları aşağıdakılardır:
1) Namizəd hüquqi baxımdan təsis edilmiş və uyğun olan məsləhətçi şirkət və ya belə şirkətlərin Birgə Müəssisəsi/konsorsiumu olmalıdır. Birgə müəssisə/konsorsium daimi, hüquqi baxımdan təsis edilmiş birlik və ya yalnız bu tender proseduru üçün qeyri-rəsmi şəkildə yaradılmış birlik ola bilər. Birgə müəssisənin/konsorsiumun bütün tərəfdaşları (yəni lider və digər tərəfdaşlar) Sifarişçi qarşısında birgə və ayrı-ayrılıqda məsuliyyət daşıyırlar. İştirak formasından asılı olmayaraq (fərdi hüquqi şəxs kimi və ya birgə müəssisə/konsorsiumun lideri və ya tərəfdaşı kimi) bir hüquqi şəxs yalnız bir müraciət təqdim edə bilər. Eyni hüquqi şəxs birdən çox müraciət təqdim etdikdə, həmin hüquqi şəxsin iştirak etdiyi bütün müraciətlər rədd ediləcəkdir;
2) Namizədin illik dövriyyəsi (namizəd fərdi şirkətdirsə) və ya orta illik dövriyyəsi (namizəd birgə müəssisə/konsorsiumdursa) son üç bağlanmış maliyyə ili üzrə (2024, 2023 və 2022) hər biri üçün ən azı 10 000 000 ABŞ dolları ekvivalenti olmalıdır.
Namizədlər üçün qeyd: Müraciət formasında təqdim edilən məlumatların hansı ilə aid olduğu mütləq göstərilməlidir;
3) Namizəd (fərdi şirkət və ya birgə müəssisə/konsorsium birlikdə) son 7 il ərzində (2018-ci ilin yanvar ayından müraciətlərin təqdim edilməsinin son tarixinədək) ən azı bir (1) tikintiyə nəzarət müqaviləsini icra etmiş olmalıdır. Həmin müqavilənin minimum dəyəri 4 000 000 ABŞ dolları ekvivalenti olmalı və işlərin həcmi bu tapşırığın predmetinə bənzər fəaliyyətləri əhatə etməlidir. Bu fəaliyyətlərə çoxtərəfli inkişaf bankları tərəfindən maliyyələşdirilən dəmir yolu və ya metro sistemləri üzrə FIDIC çərçivəsində tikintiyə nəzarət, layihəyə baxış, layihənin icrasına nəzarət və layihə üzrə irəliləyiş haqqında hesabatların hazırlanması daxildir. Namizəd təqdim olunan istinad müqaviləsində ən azı 50% iştirak payına malik olduğunu göstərməlidir;
4) Namizəd (fərdi şirkət və ya birgə müəssisə/konsorsium birlikdə) son 7 il ərzində (2018-ci ilin yanvar ayından müraciətlərin təqdim edilməsinin son tarixinədək) layihə benefisiarı/işəgötürən üçün minimum dəyəri 1 000 000 ABŞ dolları ekvivalenti olan ən azı bir (1) məsləhət xidməti müqaviləsini icra etmiş olmalıdır. Bu müqavilə Çoxtərəfli İnkişaf Bankları tərəfindən maliyyələşdirilən nəqliyyat infrastrukturu layihələrinin monitorinqi və hesabatlılığı üzrə dəstək, o cümlədən Çoxtərəfli İnkişaf Bankların Ətraf Mühit və Sosial təminat tələblərinə uyğunluq üzrə dəstəyi əhatə etməlidir. Namizəd təqdim olunan istinad müqaviləsində ən azı 50% iştirak payına malik olduğunu göstərməlidir;
5) Namizədlər üçün qeyd: Yuxarıda göstərilən istinad müqavilələri (3 və 4-cü meyarlar) daha əvvəl başlanmış ola bilər, lakin Marağın İfadəsinin təqdim edilməsinin son tarixindən əvvəlki son 7 il ərzində tamamlanmış və ya əsasən tamamlanmış olmalıdır. Bu, aşağıdakı hallardan biri ilə təsdiq edilə bilər: Final Sertifikatın və ya Təhvil-Təslim aktının verilməsi, və ya müqavilə dəyərinin ən azı 80%-nin hesab-faktura olunması. Təhvil-Təslim aktı, Yekun akt (və ya hər ikisi) və ya digər müvafiq sənəd sübutu namizəd tərəfindən Marağın İfadəsi çərçivəsində təqdim edilməlidir (Müqavilə Ref № BMEP/P1/CS-02);
6) Bir müqavilə qısa siyahı meyarlarından birini və ya bir neçəsini qarşılamaq üçün istifadə oluna bilər. Əgər 6-dan çox uyğun namizəd bütün yuxarıdakı seçim meyarlarına cavab verərsə, bu namizədlərin müraciətlərinin nisbi güclü və zəif tərəfləri yenidən qiymətləndiriləcək və tender proseduru üçün ən yaxşı altı müraciət müəyyən ediləcəkdir. Bu yenidən qiymətləndirmə zamanı yalnız aşağıdakı amillər nəzərə alınacaq (üstünlük sırasına görə):
1. İstinad kimi təqdim edilmiş və 3 və 4-cü meyarların hər hansı birinə uyğun olan müqavilələrin sayı;
2. İstinad kimi təqdim edilmiş və 3 və 4-cü meyarların hər hansı birinə uyğun olan müqavilələrin ümumi dəyəri;
7) Namizəd fəaliyyətləri həyata keçirmək üçün tam uyğunluğa malik olduğunu və hər hansı üçüncü tərəf şərtlərinin müqavilənin uğurla icrasını məhdudlaşdırmadığını təmin etməyə tam məsuliyyət daşıyır. Bu cür məhdudiyyətlərə üçüncü tərəflər tərəfindən tətbiq edilən sanksiyalar da daxil ola bilər. Namizəd bu cür məhdudiyyətləri açıqlamadıqda və ya uyğunluğunu təmin etmədikdə, onun müraciəti rədd edilə bilər.
Maraqlanan məsləhətçilərin diqqətinə Bankın Alıcılar üçün Satınalma Təlimatları üzrə Direktivinin (26 iyul 2024-cü il) II Bölməsi çatdırılır. Həmin bölmədə Bankın maraqların toqquşması ilə bağlı siyasəti müəyyən edilmişdir. Bu sənəd Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən qəbul edilmiş satınalma qaydalarını əhatə edir.
Məsləhətçilər öz ixtisas və təcrübələrini gücləndirmək məqsədilə digər şirkətlərlə əməkdaşlıq edə bilərlər. Lakin bu əməkdaşlığın birgə müəssisə (Joint Venture) və ya konsorsium, yaxud sub-məsləhətçi formasında olduğunu açıq şəkildə göstərməlidirlər. Birgə müəssisə və ya konsorsium halında, seçildiyi təqdirdə həmin birliyin bütün tərəfdaşları müqavilə üzrə birgə və ayrı-ayrılıqda tam məsuliyyət daşıyırlar. Maraqlanan məsləhətçilər öz təkliflərində əməkdaşlıq strukturunu, eləcə də tərəfdaşların və sub-məsləhətçilərin məsuliyyətlərini aydın şəkildə göstərməlidirlər.
Məsləhətçi Bankın 26 iyul 2024-cü il tarixli Alıcılar üçün Satınalma Təlimatları üzrə Direktivində (PIR) göstərilən Keyfiyyət və Qiymət Əsaslı Seçim Metodu əsasında seçiləcəkdir.
Əlavə məlumat aşağıda göstərilən ünvanda iş günləri saat 08:30-dan 16:30-dək (Bakı vaxtı ilə) əldə edilə bilər.
Marağın İfadələri, namizədin ixtisası və müvafiq təcrübəsi barədə məlumatlarla birlikdə, yazılı formada aşağıda göstərilən ünvana (elektron poçt, poçt vasitəsilə və ya şəxsən) 27 aprel 2026-cı il tarixində saat 16:00-dək (Bakı vaxtı ilə) təqdim edilməlidir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
Kimə: Emil Vəliyev, İdarə Heyəti sədrinin müşaviri
Mikayıl Rəfili küçəsi 16, Bakı AZ1010, Azərbaycan
E-poçt: bmep-group@metro.gov.az
Veb-sayt: https://metro.gov.az