z

Tikinti, təmir, yenidənqurma işləri üçün tələb olunan müxtəlif markalı, tipli güc kabellərinin və naqillərinin satınalınmasına dair bildiriş

Tikinti, təmir, yenidənqurma işləri üçün tələb olunan müxtəlif markalı, tipli güc kabel...

04 DEKABR / 2025 / 16:41

“Bakı Metropoliteni” QSC tərəfindən 05.12.2025-ci  il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC üçün tikinti, təmir, yenidənqurma işləri üçün tələb olunan müxtəlif markalı, tipli güc kabellərinin və naqillərinin satınalınması üzrə  “Açıq Tender” 12.12.2025-ci il tarixə saat 15:00-a keçirilmişdir. Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti)  12.12.2025-ci il saat 12:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsinə təqdim edilməlidir. Zərflər 12.12.2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 05.12.2025-ci il saat 15:00-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 09.12.2025-ci il saat 15:00-a kimi və təklifin ən azı 13.02.2026-cı il tarixinə qədər qüvvədə olması nəzərə alınsın. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən 30 (otuz) iş günü çox olmalıdır. Xahiş edirik nəzərə alasınız. “Bakı Metropoliteni” QSC-nin Satınalma Komissiyası
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.


Satınalma Komissiyası