z
17 NOYABR / 2025 / 17:08
“Bakı Metropoliteni” QSC tərəfindən 18.11.2025-ci il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC üçün müxtəlif elektrik mallarının satınalınması üzrə “Açıq Tender” 26.11.2025-ci il tarixə saat 14:00-a keçirilmişdir. Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 26.11.2025-ci il saat 12:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsinə təqdim edilməlidir. Zərflər 26.11.2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 14:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 19.11.2025-ci il saat 14:00-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 21.11.2025-ci il saat 14:00-a kimi və təklifin ən azı 27.01.2026-cı il tarixinə qədər qüvvədə olması nəzərə alınsın. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən 30 (otuz) iş günü çox olmalıdır. Xahiş edirik nəzərə alasınız.
“Bakı Metropoliteni” QSC-nin Satınalma Komissiyası
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.