z

 “BAKI METROPOLİTENİ” QSC-NİN İNZİBATİ BİNALARIN TƏMİZLƏNMƏSİ VƏ ÇAY-KOFE FASİLƏSİ XİDMƏTLƏRİNİN SATIN ALINMASI MƏQSƏDİLƏ AÇIQ TENDER ELAN EDİR

 “BAKI METROPOLİTENİ” QSC-NİN İNZİBATİ BİNALARIN TƏMİZLƏNMƏSİ VƏ ÇAY-KOFE FASİLƏSİ XİDM...

05 IYUN / 2025 / 15:48

 

“BAKI METROPOLİTENİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

 “BAKI METROPOLİTENİ” QSC-NİN İNZİBATİ BİNALARIN TƏMİZLƏNMƏSİ VƏ ÇAY-KOFE FASİLƏSİ XİDMƏTLƏRİNİN SATIN ALINMASI MƏQSƏDİLƏ

AÇIQ TENDER ELAN EDİR

 

  1.  

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (nümunə əlavə olunur);
  • iştirak haqqının ödənilməsi barədə bank sənədi.

Tenderdə iştirak etmək üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Bakı vaxtı ilə saat: 08:30-dan 17:00-a qədər azərbaycan, rus və ya ingilis dillərində, aşağıda göstərilmiş email-a göndərilməlidir.

  1.  

İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:

Tenderdə iştirak etmək istəyən tələb olunan məbləğdə iştirak haqqını “Bakı Metropoliteni” QSC-nin bank hesabına ödədikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən həftənin istənilən iş günü saat 08:30-dan 17:00-a kimi ala bilərlər.

İştirak haqqı: 450 (dörd yüz əlli) manat (ƏDV-siz)

İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları, Rusiya rublu və Avro ilə ödənilə bilər. 

 

Hesab nömrələri:

AZ98AZRT38050019440010268002 (AZN);

AZ88AZRT38150018400010268002 (USD);

AZ68AZRT38150019780010268002 (EUR)

AZ80AZRT38150016430010268002 (RUR).

VÖEN: 1402871431

Bank: “Azər Türk Bank” ASC (Mərkəz Filialı)

Kodu: 501361

VÖEN: 9900006111

Müxbir hesab: AZ02NABZ01350100000000022944

S.W.I.F.T.: AZRTAZ22

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Yuxarıda göstərilən sənədlər “23” iyun 2025-ci il saat 13:00-a qədər aşağıda göstərilmiş email-a göndərilməlidir.

  1.  

Əsas şərtlər toplusunu almış iddiaçılar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:

Təkliflərin qiymətləndirilməsi və müqayisə meyarları aşağıdaki kimidir:

Təchizatçılara dair ümumi tələblər aşağıdakılardır

  1. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin,

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması və son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməməsi- Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən arayış əsasında qiymətləndiriləcək

 

 

2. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması

-Təchizatçı haqqında: a. Təchizatçı fiziki şəxs olduqda fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti; b. hüquqi şəxs olduqda isə dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışı) və nizamnaməsinin surəti; c. birgə fəaliyyət göstərdikdə Şərtlər toplusuna uyğun olaraq birgə fəaliyyətə dair müqavilənin surəti və ya müqavilə bağlamaq barədə niyyət məktubu. 2. Təchizatçı haqqında özü tərəfindən hazırlanmış arayış a. Hüquqi və fiziki şəxs olduqda və (və ya) b. Birgə fəaliyyət olduqda 2 a bəndinə əlavə olaraq 3. Şərtlər toplusuna uyğun olaraq təklifi imzalayan digər vəzifəli şəxs olduqda – etibarnamə. Subpodratçı cəlb olunacaqsa təchizatçı tərəfindən hazırlanmış arayış

3. Müqavilənin icrası zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması- Daşınmaz əmlaka münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və nəqliyyat vasitələrinə münasibətdə Daxili İşlər Nazirliyi tərəfindən verilən arayış, digər hallara münasibətdə təchizatçının özü tərəfindən hazırlanmış arayış əsasında qiymətləndiriləcək

  1. Məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura

başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilən arayış əsasında qiymətləndiriləcək

  1. Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək

Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tətbiq edilməməsi - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən arayış əsasında qiymətləndiriləcək

  1. Təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra

orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilən arayış əsasında qiymətləndiriləcək

  1. Təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının

rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 (beş) il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən arayış əsasında qiymətləndiriləcək

 

 Təchizatçılara dair xüsusi tələblər aşağıdakılardır:

  1. satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;
  2. satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması;
  3. müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması.

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları əlaqələndirici şəxs vasitəsi ilə Satınalma Təşkilatına ünvanlaya bilərlər. Hüquqi və digər sənədlərin yalnız əsli, əsli olmadığı halda surəti notarial qaydada təsdiq olunmalıdır. Arayışlar verilmə tarixi cari ay və il üçün  olmalıdır.

  1.  

Tender təklifi və tender təklifini təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:

  • tender təklifi (zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır);
  • tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 

“ 23 ” iyun 2025-ci il saat 13:00 qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

  1.  

Tətbiq edilən qaydalar və “Bakı Metropoliteni” QSC-nin müstəsna hüququ barədə məlumat:

  • “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi

(AZCON)” publik hüquqi şəxs və AZCON-un idarəetməsinə verilmiş dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər tərəfindən məhsulların (mal, iş və xidmətlərin) vahid satın alınması Qaydalarına (bundan sonra Qaydalar) uyğun olaraq keçirilir.

  1.  

Ünvan:

Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, Bakı Metropoliteni” QSC-nin Hüquq, İcraya nəzarət və sənədlərlə iş departamentinin  İcraya nəzarət və sənədlərlə iş şöbəsi

  1.  

Əlaqələndirici şəxs:

Leyla Şərifova

“Bakı Metropoliteni” QSC-nin Təchizat Departamentinin Dövlət Satınalmaları şöbəsinin mütəxəssisi

Telefon nömrəsi: +994 12 490 01 01

e-mail:  Leyla.Sherifova@metro.gov.az

  1.  

Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflər “23” iyun 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat  15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayil Rəfili küçəsi 16 ünvanında açılacaqdır.

  1.  

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  • qiymət
  • texniki tələblər

 

                   

                                                                                               “BAKI  METROPOLİTENİ” QSC 

                                                                                                 SATINALMA KOMİSSİYASI     

                                                                                                                                                                                                                                        

(Rəsmi blankda)

AÇIQ TENDERDƏ İŞTİRAK ETMƏK ÜÇÜN

MÜRACİƏT MƏKTUBU

___________ şəhər (rayon)                                                                 “__” _______ 20__ - c_ il

___________№                                                                                                                                                                                    

“Bakı Metropoliteni” QSC-nin

 Satınalma Komissiyasına

 

 

Bu məktubla Biz, __________ (iddiaçının tam adı göstərilir) “Bakı Metropoliteni” QSC tərəfindən __________ (satınalma predmetinin adı) satın alınması ilə əlaqədar “__” _______ 202_-c_ il tarixində elan edilmiş açıq  tenderdə iştirak niyyətimizi təsdiq edirik.

Eyni zamanda (iddiaçının tam adı göstərilir) ilə münasibətdə hər hansı  ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən açıq tenderdə iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, (iddiaçının tam adı göstərilir) “Bakı Metropoliteni” QSC-dən hüquqi, maliyyə və ya təşkilati asılılığı olan şəxs deyildir.

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı cavablandırmaq üçün əlaqə:

 

  • Əlaqələndirici şəxs: ____________________________
  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________
  • Telefon nömrəsi: ______________________________
  • Faks nömrəsi: ________________________________
  • E-mail: ______________________________________

 

Qoşma: İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

 

 

________________________________                                   _______________________

                   (səlahiyyətli şəxsin A.A.S)                                                                                                        (səlahiyyətli şəxsin imzası)

_________________________________                                                 

                (səlahiyyətli şəxsin vəzifəsi)

                                                                                                                          M.Y.