z
17 APREL / 2025 / 17:06
“BAKI METROPOLİTENİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ
“Bakı Metropoliteni” QSC-nin istifadəsində olan 81-717-714, 81-760-763, 81-765-766 seriyalı vaqonları, Victoria, Victoria TUBE və Tugela markalı eskalatorları, tunel qazıyan qurğuları və mexaniki avadanlıqları üçün xüsusi təyinatlı sənaye sürtkü yağlarının SATIN ALINMASI MƏQSƏDİLƏ
AÇIQ TENDER ELAN EDİR
|
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Tenderdə iştirak etmək üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Bakı vaxtı ilə saat: 08:30-dan 17:00-a qədər azərbaycan, rus və ya ingilis dillərində, aşağıda göstərilmiş email-a göndərilməlidir. |
|
İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi: Tenderdə iştirak etmək istəyən tələb olunan məbləğdə iştirak haqqını “Bakı Metropoliteni” QSC-nin bank hesabına ödədikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən həftənin istənilən iş günü saat 08:30-dan 17:00-a kimi ala bilərlər. İştirak haqqı: 600 (altı yüz) manat (ƏDV-siz)
İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları, Rusiya rublu və Avro ilə ödənilə bilər.
Hesab nömrələri: AZ98AZRT38050019440010268002 (AZN); AZ88AZRT38150018400010268002 (USD); AZ68AZRT38150019780010268002 (EUR) AZ80AZRT38150016430010268002 (RUR). VÖEN: 1402871431 Bank: “Azər Türk Bank” ASC (Mərkəz Filialı) Kodu: 501361 VÖEN: 9900006111 Müxbir hesab: AZ02NABZ01350100000000022944 S.W.I.F.T.: AZRTAZ22 Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Yuxarıda göstərilən sənədlər “01” may 2025-ci il saat 14:00-a qədər aşağıda göstərilmiş email-a göndərilməlidir. |
|
Əsas şərtlər toplusunu almış iddiaçılar aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları əlaqələndirici şəxs vasitəsi ilə Satınalma Təşkilatına ünvanlaya bilərlər. Hüquqi və digər sənədlərin yalnız əsli, əsli olmadığı halda surəti notarial qaydada təsdiq olunmalıdır. Arayışlar verilmə tarixi cari ay və il üçün olmalıdır.
|
|
Tender təklifi və tender təklifini təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:
Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) “01” may 2025-ci il saat 14:00 qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. |
|
Tətbiq edilən qaydalar və “Bakı Metropoliteni” QSC-nin müstəsna hüququ barədə məlumat:
|
|
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, Bakı Metropoliteni” QSC-nin Hüquq, İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsi |
|
Əlaqələndirici şəxs: Kəmalə İsmayılova “Bakı Metropoliteni” QSC-nin Təchizat Departamentinin Dövlət Satınalmaları şöbəsinin böyük mütəxəssisi Telefon nömrəsi: +994 12 490 01 01 daxili nömrə (18-55) e-mail: Kemale.Ismayilova@metro.gov.az |
|
Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Zərflər “01” may 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayil Rəfili küçəsi 16 ünvanında açılacaqdır. |
|
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
|
“BAKI METROPOLİTENİ” QSC SATINALMA KOMİSSİYASI
(Rəsmi blankda)
AÇIQ TENDERDƏ İŞTİRAK ETMƏK ÜÇÜN
MÜRACİƏT MƏKTUBU
___________ şəhər (rayon) “__” _______ 20__ - c_ il
___________№
“Bakı Metropoliteni” QSC-nin
Satınalma Komissiyasına
Bu məktubla Biz, __________ (iddiaçının tam adı göstərilir) “Bakı Metropoliteni” QSC tərəfindən __________ (satınalma predmetinin adı) satın alınması ilə əlaqədar “__” _______ 202_-c_ il tarixində elan edilmiş açıq tenderdə iştirak niyyətimizi təsdiq edirik.
Eyni zamanda (iddiaçının tam adı göstərilir) ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən açıq tenderdə iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.
Əlavə olaraq, təminat veririk ki, (iddiaçının tam adı göstərilir) “Bakı Metropoliteni” QSC-dən hüquqi, maliyyə və ya təşkilati asılılığı olan şəxs deyildir.
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı cavablandırmaq üçün əlaqə:
Qoşma: İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.
________________________________ _______________________
(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)
_________________________________
(səlahiyyətli şəxsin vəzifəsi)
M.Y.