z

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Metropoliteni” QSC-nin istifadəsində olan 81.717-714 tipli vaqonların qidalanma sistemi üçün 12V,100A helium tipli akkumulyator batareyalarının SATIN ALINMASI MƏQSƏDİLƏ AÇIQ TENDER ELAN EDİR

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti  “Bakı Metropoliteni” QSC-nin  istifadəsi...

17 APREL / 2025 / 17:02

 

 

“BAKI METROPOLİTENİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti  “Bakı Metropoliteni” QSC-nin  istifadəsində olan 81.717-714 tipli vaqonların qidalanma sistemi  üçün  12V,100A helium tipli akkumulyator batareyalarının  

 SATIN ALINMASI MƏQSƏDİLƏ

AÇIQ TENDER ELAN EDİR

 

  1.  

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (nümunə əlavə olunur);
  • iştirak haqqının ödənilməsi barədə bank sənədi.

Tenderdə iştirak etmək üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Bakı vaxtı ilə saat: 08:30-dan 17:00-a qədər azərbaycan, rus və ya ingilis dillərində, aşağıda göstərilmiş email-a göndərilməlidir.

  1.  

İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:

Tenderdə iştirak etmək istəyən tələb olunan məbləğdə iştirak haqqını “Bakı Metropoliteni” QSC-nin bank hesabına ödədikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən həftənin istənilən iş günü saat 08:30-dan 17:00-a kimi ala bilərlər.

İştirak haqqı:  350 (üç yüz əlli) manat (ƏDV-siz).

İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları, Rusiya rublu və Avro ilə ödənilə bilər. 

 

Hesab nömrələri:

AZ98AZRT38050019440010268002 (AZN);

AZ88AZRT38150018400010268002 (USD);

AZ68AZRT38150019780010268002 (EUR)

AZ80AZRT38150016430010268002 (RUR).

VÖEN: 1402871431

Bank: “Azər Türk Bank” ASC (Mərkəz Filialı)

Kodu: 501361

VÖEN: 9900006111

Müxbir hesab: AZ02NABZ01350100000000022944

S.W.I.F.T.: AZRTAZ22

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Yuxarıda göstərilən sənədlər “01” may 2025-ci il saat 14:30-a qədər aşağıda göstərilmiş email-a göndərilməlidir.

  1.  

Əsas şərtlər toplusunu almış iddiaçılar aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:

  • İddiaçının (iştirakçının) hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyesterdən çıxarış və vergi şəhadətnaməsinin surəti;  təklifi imzalayan digər vəzifəli şəxs olduqda – etibarnamə.
  • İddiaçının (iştirakçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyət göstərdiyi dövrdə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  • Mənfəət vergi bəyannaməsi; 
  • Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması və son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməməsi barədə arayış;
  • son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) iddiaçının yerinə yetirdiyi anoloji müqavilələr haqqında məlumat;
  • iddiaçının hüquqi ünvanı və bank rekvizitləri.
  • müvafiq mallar üzrə mənşə sertifikatı

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları əlaqələndirici şəxs vasitəsi ilə Satınalma Təşkilatına ünvanlaya bilərlər. Hüquqi və digər sənədlərin yalnız əsli, əsli olmadığı halda surəti notarial qaydada təsdiq olunmalıdır. Arayışlar verilmə tarixi cari ay və il üçün  olmalıdır.

 

  1.  

Tender təklifi və tender təklifini təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:

  • tender təklifinin qüvvədə olma müddəti: (zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır);
  • tender təklifinin təminatı: tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti)  “01” may 2025-ci il saat 14:30 qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

  1.  

Tətbiq edilən qaydalar və “Bakı Metropoliteni” QSC-nin müstəsna hüququ barədə məlumat:

  • Tender QSC-nin Müşahidə Şurasının 03 aprel 2024-cü il tarixli 1 saylı protokolu ilə təsdiq olunmuş “Bakı Metropoliteni”  Qapalı Səhmdar Cəmiyyətinin  Satınalmaların Təşkili və İdarə Olunması Qaydalarına uyğun keçirilir.
  • “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun olaraq Satınalma komissiyası bütün müsabiqə təkliflərini rədd etmək və müsabiqəni ləğv etmək hüququ vardır.
  1.  

Ünvan:

Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, Bakı Metropoliteni” QSC-nin Hüquq, İcraya nəzarət və sənədlərlə iş departamentinin  İcraya nəzarət və sənədlərlə iş şöbəsi

  1.  

Əlaqələndirici şəxs:

Aidə Cəfərova

“Bakı Metropoliteni” QSC-nin Təchizat Departamentinin  Daxili və xarici satınalmalar şöbəsinin böyük mütəxəssisi

Telefon nömrəsi: +994 12 490 01 01 daxili nömrə (10-79)

       e-mail:       aida.ceferova@metro.gov.az  

  1.  

Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflər “01” may 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat  15:30-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayil Rəfili küçəsi 16 ünvanında açılacaqdır.

  1.  

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  • qiymət
  • ödəniş şərti
  • çatdırılma müddəti
  • zəmanət müddəti
  • texniki tələblər

 

 

                                                                                                                                          “BAKI  METROPOLİTENİ” QSC    SATINALMA KOMİSSİYASI  

                                                                                                                                                                                                                                         

 

 

(Rəsmi blankda)

AÇIQ TENDERDƏ İŞTİRAK ETMƏK ÜÇÜN

MÜRACİƏT MƏKTUBU

 

___________ şəhər (rayon)                                                                 “__” _______ 20__ - c_ il

___________№                                                                                                                                                                                    

 

“Bakı Metropoliteni” QSC-nin

 Satınalma Komissiyasına

 

 

Bu məktubla Biz, __________ (iddiaçının tam adı göstərilir) “Bakı Metropoliteni” QSC tərəfindən __________ (satınalma predmetinin adı) satın alınması ilə əlaqədar “__” _______ 202_-c_ il tarixində elan edilmiş açıq  tenderdə iştirak niyyətimizi təsdiq edirik.

Eyni zamanda (iddiaçının tam adı göstərilir) ilə münasibətdə hər hansı  ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən açıq tenderdə iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, (iddiaçının tam adı göstərilir) “Bakı Metropoliteni” QSC-dən hüquqi, maliyyə və ya təşkilati asılılığı olan şəxs deyildir.

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı cavablandırmaq üçün əlaqə:

 

  • Əlaqələndirici şəxs: ____________________________
  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________
  • Telefon nömrəsi: ______________________________
  • Faks nömrəsi: ________________________________
  • E-mail: ______________________________________

 

Qoşma: İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

 

 

________________________________                                   _______________________

                   (səlahiyyətli şəxsin A.A.S)                                                                                                        (səlahiyyətli şəxsin imzası)

_________________________________                                                 

                (səlahiyyətli şəxsin vəzifəsi)

                                                                                                                          M.Y.

PDF -  Cədvəl üzrə siyahı