z

Konstitusiya və Suverenlik ili çərçivəsində daha bir layihə uğurla davam etdirilir

Konstitusiya və Suverenlik ili çərçivəsində daha bir layihə uğurla davam etdirilir

05 APREL / 2025 / 12:27

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024 il tarixli “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Bakı metropolitenində silsilə tədbirlər təşkil edilir.
Dövlətçiliyin, Konstitusiya quruluşu və suverenliyin möhkəmləndirilməsi istiqamətində dövlət başçısının fəaliyyətinin təbliği və bu əhəmiyyətinin diqqətə çatdırılması məqsədilə metro stansiyaları və qatarlarda olan elektron monitorlarda müxtəlif qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində müvafiq sosial əhəmiyyətli videoçarxların nümayişinə başlanılıb.
Layihə çərçivəsində mart ayından başlayaraq Azərbaycan Prezidentinin dövlət əhəmiyyətli, o cümlədən Qarabağ və Şərqi Zəngəzura səfərləri, həmçinin iştirak etdiyi müxtəlif tədbirlərdən hazırlanmış videoçarxların stansiyalarda və qatarlarda nümayiş etdirilir.
Metropolitendən gün ərzində yüz minlərlə sərnişinin istifadə etməsini nəzərə alaraq bu layihənin davamlı aparılması və müntəzəm yenilənməsi nəzərdə tutulub.