z

Stansiyalarda “Konstitusiya və Suverenlik İli” ilə bağlı posterlər yayımlanır

Stansiyalarda “Konstitusiya və Suverenlik İli” ilə bağlı posterlər yayımlanır

28 AVQUST / 2025 / 14:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli  Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Həmçinin “Konstitusiya və Suverenlik İli” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Bakı metropolitenində də müvafiq işlər aparılır.
Stansiyalarda və qatarlarda “Konstitusiya və Suverenlik İli” ilə bağlı posterlər yayımlanır, sosial əhəmiyyətli tədbirlər keçirilir. Əsas məqsəd sərnişnlərin Azərbaycan Konstitusiyası ilə bağlı məlumatlılığın artırılması, dövlət və milli dəyərlərin təbliğ edilməsidir.