z

Bakı metropoliteni elektrik mühəndisi vəzifəsi üzrə təcrübə proqramı elan edir

20 AVQUST / 2025

Bakı metropolitenində elektrik təchizatı sistemlərinin təhlükəsiz və dayanıqlı fəaliyyətinə mühüm töhfə vermək, həmçinin nəzəri bilik və təcrübə qazanmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.
•    3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
•    Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
•    Təcrübə dövründə aylıq əməkhaqqı
•    Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Biz kimləri axtarırıq?
•    Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gənclər
•    Təhsili elektrik mühəndisi, elektroenergetika və avtomatika üzrə olan məzunlar
Seçim prosesi necə aparılır?
•    İxtisas üzrə test imtahanı
•    Müsahibə
•    Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?
•    Nahar (güzəştli)
•    Metropolitendən ödənişsiz istifadə
Müraciət üçün Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına "Elektrik mühəndisi" başlığını qeyd etməklə CV göndərə bilərsiniz. 
 
Müraciət üçün son tarix: 07 sentyabr 2025
Uğurlar!