z

Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir

11 AVQUST / 2025

Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
 Proqram sizə nə qazandıracaq?

    6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
    Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
    Təcrübə dövründə aylıq əmək haqqı
    Təcrübənin sonunda davamlı işə qəbul imkanı
    Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Kimləri axtarırıq?

    Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gəncləri
    Ali texniki, orta texniki və ilk texniki peşə ixtisaslı məzunları
Seçim prosesi necə aparılır?

    Müsahibə
    Texniki biliklərin yoxlanması
    Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?

    Metropolitendən ödənişsiz istifadə
    Nahar (güzəştli)
Müraciət üçün Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına “Qatar maşinisti” başlığını qeyd etməklə CV göndərə bilərsiniz.
Müraciət üçün son tarix: 31 avqust 2025
Uğurlar!