z
20 NOYABR / 2025 / 15:37
“BAKI METROPOLİTENİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ
“Bakı Metropoliteni” QSC üçün İstismarda mövcud olan vaqonların müşahidə sistemlərinin”
SATIN ALINMASI MƏQSƏDİLƏ
AÇIQ TENDER ELAN EDİR
|
|
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Tenderdə iştirak etmək üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Bakı vaxtı ilə saat: 08:30-dan 17:00-a qədər azərbaycan, rus və ya ingilis dillərində, aşağıda göstərilmiş email-a göndərilməlidir. |
|
|
İştirak haqqının məbləği və şərtlər toplusunun əldə edilməsi: Şərtlər toplusunu əldə etmiş təchizatçılar uyğunluq sənədləri, tender təklifi və tender təklifinin təminatını təqdim etmək üçün tələb olunan məbləğdə iştirak haqqını “Bakı Metropoliteni” QSC-nin bank hesabına ödəyə bilərlər.
İştirak haqqı: 132,89 (yüz otuz iki manat, 89 qəpik) manat (iştirak haqqı ƏDV daxil ödənilmir). İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları, Rusiya rublu və Avro ilə ödənilə bilər.
Hesab nömrələri: AZ98AZRT38050019440010268002 (AZN); AZ88AZRT38150018400010268002 (USD); AZ68AZRT38150019780010268002 (EUR) AZ80AZRT38150016430010268002 (RUR). VÖEN: 1402871431 Bank: “Azər Türk Bank” ASC (Mərkəz Filialı) Kodu: 501361 VÖEN: 9900006111 Müxbir hesab: AZ02NABZ01350100000000022944 S.W.I.F.T.: AZRTAZ22 İştirak haqqı müəyyən hallar istisna olmaqla geri qaytarılmır. Təchizatçıların sayının üçdən az olması səbəbindən satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən iştirak haqqı geri qaytarılır. Təchizatçıların sayının üçdən az olması və ya satınalmanın maliyyələşdirilməsinin dayandırılması hallarında satınalma ləğv edildikdə satınalma planında nəzərdə tutulmuş həmin satınalma predmeti üzrə təkrar satınalma keçirildiyi təqdirdə iştirak haqqını ödəyən təchizatçıların təkrar ödəniş etmədən satınalmada iştirakı təmin edilir. |
|
|
Şərtlər toplusunu əldə etmiş və iştirak haqqını ödəmiş təchizatçılar aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:
- müqavilənin icrası zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması; - məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi; - Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş aşağıdakı halların mövcud olmaması: - Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması; - Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olması;
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları əlaqələndirici şəxs vasitəsi ilə Satınalma Təşkilatına ünvanlaya bilərlər. Hüquqi və digər sənədlərin yalnız əsli, əsli olmadığı halda surəti notarial qaydada təsdiq olunmalıdır. Arayışlar verilmə tarixi cari ay və il üçün olmalıdır. Yuxarıda göstərilən sənədlər “05” dekabr 2025-ci il saat 13:00-a qədər aşağıda göstərilmiş ünvana göndərilməlidir. |
|
|
Tender təklifi və tender təklifinin təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:
Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) “05” dekabr 2025-ci il saat 13:00 qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. |
|
|
Tətbiq edilən qaydalar və “Bakı Metropoliteni” QSC-nin müstəsna hüququ barədə məlumat:
|
|
|
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsi |
|
|
Əlaqələndirici şəxs: Turab Babayev; Təchizat departamentinin Satınalmaların təşkili və idarəolunması şöbəsinin rəis müavini Turab.Babayev@metro.gov.az Telefon nömrəsi: +994 12 490 01 01 daxili nömrə (19-55) e-mail: Xalida.Yunuszade@metro.gov.az |
|
|
Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Zərflər “05” dekabr 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 14:30-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayil Rəfili küçəsi 16 ünvanında açılacaqdır. |
|
|
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
|
“BAKI METROPOLİTENİ” QSC
SATINALMA KOMİSSİYASI
(Rəsmi blankda)
AÇIQ TENDERDƏ İŞTİRAK ETMƏK ÜÇÜN
MÜRACİƏT MƏKTUBU
___________ şəhər (rayon) “__” _______ 20__ - c_ il
___________№
“Bakı Metropoliteni” QSC-nin
Satınalma Komissiyasına
Bu məktubla Biz, __________ (iddiaçının tam adı göstərilir) “Bakı Metropoliteni” QSC tərəfindən __________ (satınalma predmetinin adı) satın alınması ilə əlaqədar “__” _______ 202_-c_ il tarixində elan edilmiş açıq tenderdə iştirak niyyətimizi təsdiq edirik.
Eyni zamanda (iddiaçının tam adı göstərilir) ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən açıq tenderdə iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.
Əlavə olaraq, təminat veririk ki, (iddiaçının tam adı göstərilir) “Bakı Metropoliteni” QSC-dən hüquqi, maliyyə və ya təşkilati asılılığı olan şəxs deyildir.
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı cavablandırmaq üçün əlaqə:
Qoşma: İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.
________________________________ _______________________
(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)
_________________________________
(səlahiyyətli şəxsin vəzifəsi)
M.Y.