z
Emil Tahir oğlu Əhmədov 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr, 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat və idarəetmə üzrə magistr təhsili alıb. 2009-2013-cü illərdə təhsilini Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatının təşkili fakültəsində davam etdirib.
2001-2006-cı illərdə “Zamin Bank” Kommersiya Bankında iqtisadçı, 2006-2019-cu illərdə nəqliyyat sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətində idarə rəisi, 2019-2025-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yük və Kommersiya İdarəsinin rəisi, daha sonra Yük daşımaları departamentinin rəisi olub. 11 fevral 2025-ci il tarixindən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsini icra edib.
Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2026-cı il tarixli 977 nömrəli Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
2020-ci ildə “Fəxri dəmiryolçu” adına layiq görülüb.