z
Murad Rafiq oğlu Əhmədov 1980-ci ildə anadan olub. Xəzər Universitetində Maliyyə və kredit üzrə bakalavr təhsili alıb.
Murad Əhmədov əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb.
2005-2012-ci illərdə “KPMG” və “Ernst&Young” (EY) kimi şirkətlərdə auditor, baş auditor və audit üzrə menecer vəzifələrində çalışıb.
2012-2024-cü illərdə “PAŞA Holding” şirkətlər qrupunda müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Murad Əhmədov 2025-ci ildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin baş tikinti inzibatçısı – Tikinti layihələrinin idarəolunması departamentinin direktoru təyin olunub.