z
20 FEVRAL / 2026 / 14:09
Bakı Metropolitenində “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası təşkil olunub. İki gün davam edən aksiya Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilə birgə həyata keçirilib.
Müəssisənin Texnoloji korpusu və “Nərimanov” elektrik deposunda təşkil edilmiş aksiyaya 300-dən çox əməkdaş qoşularaq, bu xeyirxah və humanist təşəbbüsə dəstək olub.
Respublika Qan Bankının tibb briqadasının həkim-hemotoloqları tərəfindən zəruri müayinələr aparıldıqdan sonra nəticələrə əsasən donorlardan qan götürülüb.
Aksiyada toplanan qan ehtiyatının irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunması nəzərdə tutulur.