z

Bakı Metropoliteni ilə “ŠKODA Group” arasında işgüzar görüş keçirilib

Bakı Metropoliteni ilə “ŠKODA Group” arasında işgüzar görüş keçirilib

10 FEVRAL / 2026 / 17:57

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov ilə Çexiyanın aparıcı relsli nəqliyyat istehsalçılarından biri olan “ŠKODA Group”un Müşahidə Şurasının sədri və baş icraçı direktoru Petr Novotnının rəhbərlik etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
Görüşdə Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek də iştirak edib. Müzakirələr zamanı 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr, həmçinin aşağı istismar xərcləri ilə seçilən 300-dək yeni vaqonun alınması məsələləri diqqət mərkəzində olub.
Petr Novotnı “ŠKODA Group”un müxtəlif ölkələrdə reallaşdırdığı iri infrastruktur layihələri, tətbiq etdiyi qabaqcıl texnoloji həllər və toplanmış əməliyyat təcrübəsi barədə məlumat verərək, bu imkanların Bakı Metropoliteni ilə mümkün gələcək əməkdaşlıq çərçivəsində paylaşılmasına maraqlı olduqlarını bildirib.