z

ADB prezidenti Bakı metropoliteninin “İçərişəhər” stansiyasını ziyarət etdi

ADB prezidenti Bakı metropoliteninin “İçərişəhər” stansiyasını ziyarət etdi

14 NOYABR / 2025 / 18:45

Ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda və nümayəndə heyəti noyabrın 14-də Bakı metropoliteninin “İçərişəhər” stansiyasını ziyarət ediblər. 
İdarə Heyətinin sədr Vüsal Aslanov qonaqları stansiyada qarşılayıb, stansiyanın tarixi, Bakı metropoliteninin fəaliyyəti, həmçinin “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda metro nəqliyyatı üzrə nəzərdə tutulmuş tədbirlər, Bakı Metropoliteninin müasirləşdirilməsi və rəqəmsallaşması  barədə ətraflı məlumat verib. Bununla yanaşı, “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən planlaşdırılan quruculuq və inkişaf layihələri barədə də geniş təqdimat edilib.
Ziyarət çərçivəsində prezident Masato Kanda retro üslubda qorunub saxlanılmış vaqonlarla tanış olub, metro xətlərinin inkişafının şəhər nəqliyyatındakı rolu və əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Sonda bankın prezidenti və nümayəndə heyəti göstərilən qonaqpərvərlik və təqdimata görə Bakı Metropoliteninə təşəkkürünü bildiriblər.