z
14 NOYABR / 2025 / 18:11
Noyabrın 16-da Bakı metropoliteni futbol üzrə Azərbaycan milli komandasının Dünya Kuboku-2026-nın seçmə qrup oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azarkeş marağı, sərnişin təhlükəsizliyi və rahatlığı nəzərə alınaraq, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş qrafik tətbiq ediləcək.
Stansiyada növbətçilik cədvəli tərtib olunacaq, sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.
"Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlər planına uyğun olaraq, “28 May” və “Nərimanov” stansiyalarında da nəzarət mexanizmləri gücləndiriləcək.
Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejiminə əsasən xüsusi qaydada tənzimlənəcək.
Qatarlar ümumilikdə payız-qış qrafikinin qeyri-iş günləri cədvəlinə uyğun hərəkət edəcək.
Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.