z

Bakı Metropoliteni yol təsərrüfatı mühəndisi vəzifəsi üzrə təcrübə proqramı elan edir!

Bakı Metropoliteni yol təsərrüfatı mühəndisi vəzifəsi üzrə təcrübə proqramı elan edir!

15 AVQUST / 2025 / 15:37

Metropolitenin yol infrastrukturunun planlaşdırılması, qurulması və istismarı sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!
Proqram sizə nə qazandıracaq?
•    3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
•    Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
•    Təcrübə dövründə aylıq əməkhaqqı
•    Təcrübənin sonunda davamlı işə qəbul imkanı

Biz kimləri axtarırıq?
•    Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gənclər
•    Təhsili nəqliyyat mühəndisliyi və dəmiryolu təsərrüfatı üzrə olan məzunlar

Seçim prosesi necə aparılır?
•    İxtisas üzrə test imtahanı
•    Müsahibə
•    Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?
•    Nahar (güzəştli)
•    Metropolitendən ödənişsiz istifadə
📩Müraciət üçün Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına "Yol təsərrüfatı mühəndisi" başlığını qeyd etməklə CV göndərə bilərsiniz. 
📆Müraciət üçün son tarix: 31 avqust 2025
Uğurlar!