z

Bakı Metropoliteni hərəkət xidmətində növbətçi vəzifəsi üzrə təcrübə proqramı elan edir

Bakı Metropoliteni hərəkət xidmətində növbətçi vəzifəsi üzrə təcrübə proqramı elan edir

13 AVQUST / 2025 / 14:52

Bakı Metropoliteninin Hərəkət xidmətində təcrübə proqramı Sizə sərnişinlərlə işləmək, metro həyatını yaxından tanımaq və karyera imkanı təqdim edir.
•    3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
•    Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
•    Təcrübə dövründə aylıq əməkhaqqı
•    Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Biz kimləri axtarırıq?
•    Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gənclər
•    Təhsili nəqliyyat və sərnişindaşımaların təşkili üzrə olan məzunlar
Seçim prosesi necə aparılır?
•    İxtisas üzrə test imtahanı
•    Müsahibə
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
•    Nahar (güzəştli)
•    Metropolitendən ödənişsiz istifadə
📩Müraciət üçün Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına "Hərəkət xidməti" başlığını qeyd etməklə CV göndərə bilərsiniz. 
📆Müraciət üçün son tarix: 31 avqust 2025
Uğurlar!