z

Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir

Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir

11 AVQUST / 2025 / 14:17

“Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir.  
Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
 Proqram sizə nə qazandıracaq?

  •     6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
  •     Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
  •     Təcrübə dövründə aylıq əmək haqqı
  •     Təcrübənin sonunda davamlı işə qəbul imkanı
  •     Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Kimləri axtarırıq?

  •     Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gəncləri
  •     Ali texniki, orta texniki və ilk texniki peşə ixtisaslı məzunları

Seçim prosesi necə aparılır?

  •     Müsahibə
  •     Texniki biliklərin yoxlanması
  •     Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?

  •     Metropolitendən ödənişsiz istifadə
  •     Nahar (güzəştli)

Müraciət üçün Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına “Qatar maşinisti” başlığını qeyd etməklə CV göndərə bilərsiniz.
Müraciət üçün son tarix: 31 avqust 2025
Uğurlar!