z

İşarəvermə və rabitə üzrə Bakı Metropolitenində təcrübə proqramı

İşarəvermə və rabitə üzrə Bakı Metropolitenində təcrübə proqramı

01 AVQUST / 2025 / 19:22

Bakı metropolitenində işarəvermə və rabitə üzrə mütəxəssis qatarların hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə tənzimlənməsi üçün siqnal və idarəetmə sistemlərinin düzgün işinin təmin edilməsində kritik və texnoloji baxımdan önəmli rol oynayır. Odur ki, sizi gələcək karyeranızı bu istiqamətdə qurmaq üçün təcrübə proqramımıza qoşulmağa dəvət edirik!

Proqram sizə nə qazandıracaq?

🔹3 ay müddətində nəzəri və praktiki biliklərlə zəngin intensiv təlim
🔹Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
🔹Təcrübə dövründə aylıq əməkhaqqı
🔹Təcrübənin sonunda davamlı işə qəbul imkanı
🔹Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Biz kimləri axtarırıq?

✅Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gəncləri
✅Təhsili xüsusilə İT sahəsində olan məzunları

Seçim prosesi necə aparılır?

✔️İxtisas üzrə test imtahanı
✔️Ətraflı müsahibə
✔️Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?
•    Nahar (güzəştli)
•    Metropolitendən ödənişsiz istifadə
 
📩Müraciət üçün Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına "işarəvermə və rabitə" başlığını qeyd etməklə CV göndərə bilərsiniz. 
 
📆Müraciət üçün son tarix: 31 avqust 2025

Uğurlar!