z

Ümumi müddəalar

Ümumi müddəalar

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Bakı Metropolitenində sərnişindaşımanın təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərə xidmət səviyyəsinin artırılması məqsədi ilə hazırlanmışdır və Bakı Metropolitenindən istifadə edən bütün şəxslərə şamil edilir.

1.2. Bakı Metropoliteninin stansiyaları hər gün saat 6.00-dan 24.00-dək sərnişinlərin girişi üçün açıqdır.1.3. Sərnişinlər və Bakı Metropoliteninin işçiləri qarşılıqlı nəzakətli olmalı, metropolitenin ərazisindəki qurğu və avadanlıqlarla ehtiyatla davranmalı, təmizliyə, ictimai asayişə və bu Qaydaların tələblərinə riayət etməlidirlər.