 |
 |
|
Qazmanın
sonrakı gedişi prosesində bu kimi halları istisna etmək məqsədilə
tunelin profilini dəyişmək, onu 40-minlik maillikdən 60-minlik
mailliyə keçirmək lazım gəldi. Bakı metropoliteni belə bir
mürəkkəb şəraitdə inşa olunmuşdur.
Qeyd etmək lazımdır ki, dəmir-beton konstruksiyalarından ötrü
bütün ləvazimat, qeyri standart avadanlıqlar, özül detalları
respublikanın maşınqayırma müəssisələrində hazırlanırdı. Birinci
sahədən sonra 2,3 km-lik ikinci sahə işə salındı. Sonra isə
6,4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri "8-ci
kilometr" yaşayış sahəsini və sənaye zonasını şəhərin
mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının
şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın
inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı
stansiyalardan ikisi böyük dərinlikdə yerləşir.
Hazırda Bakı metropoliteni ümumi uzunluğu 28,5 km olan
2 xətdən, 19 işləyən və bir tikilən stansiyadan ibarətdir,
həmin stansiyaların 20 vestibülü var. Stansiyaların yeddisi
böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının
ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator
işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən
artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir
ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri
ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik
mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur.
Bakı metropoliteninin tikintisi və ilk növbələrinin istismara
verilməsi prosesində inşaatçı və istismarçı kadrları yetişmişdir.
Onların sırasında fəhləlikdən Bakı metropoliteninin rəisi
vəzifəsinə qədər yüksəlmiş Tağı Məhəmməd oğlu Əhmədov da var.
Metropolitenin və onun bölmələrinin bir çox rəhbərləri doğma
kollektivlərində 30 ildən artıq işləmiş şəxslərdir. Həmin
illər ərzində topladıqları bilik və praktik iş təcrübəsi bu
qədər mürəkkəb və çoxsahəli təsərrüfat sahəsinə, çoxminli
istismarçılar kollektivinə rəhbərlik üzrə xidməti vəzifələrini
uğurla yerinə yetirmək sahəsində onlara böyük kömək göstərir.
Bunların sırasında rəis müavinlərindən F.M. Ələkbərov, A.I.Orucov,
D.I. Muğanlinski, Y.A.Xəlilova da var. Onların hər birisi
öz sahəsinin yüksək ixtisaslı mütəxəssisidir. Metropolitenin
bütün texniki bölməsinə təcrübəli mühəndis-metropolitenin
baş mühəndisi E.Ə.Muradov rəhbərlik edir.
Metropoliten idarəsində çalışan metropoliten rəisinin
müavini, kadrlar şöbəsinin rəisi Y.A.Xəlilova, istehsalat-texniki
şöbənin rəisi F.Ç.Tağızadə, baş iqtisadçı, plan, əmək və əmək
haqqı şöbəsinin rəisi L.Q.Muzıçenko, mühasibat uçotu və maliyyə
şöbəsinin baş mühasibi L.L.Xalafli və başqaları kimi təcrübəli
şöbə rəhbərləri metropolitenin xidmət və bölmələrinin kollektivlərinə
praktik işdə böyük kömək göstərirlər. Onların əksəriyyəti
vaxtı ilə Moskvada, Leninqradda və Kiyevdə istehsalat təcrübəsi
keçmişlər.
Metropolitenin bütün struktur bölmələrinin rəhbərləri
kollektivin yetişdirmələridir. V.A. Qazıyev, A.M.Zeynalov,
E.M.Əliyev, T.N. Əlizadə, L.M.Əliyev kimi mütəxəssisələr təsərrüfata
rəhbərlik etməyin böyük praktik məktəbindən keçmişlər. A.Y.Rəsulov,
A.R.Qibləliyev, O.F. Əsədov kimi gənc xidmət rəisləri də onlardan
geri qalmırlar.
|
|
|
 |
|
Tədris
prosesindən ötrü vaxtı ilə Yollar Nazirliyi
sistemində nümunəvi olan texniki kabinet yaradılmışdır.
Burada fəhlələr və mühəndis-texniki
işçilər (MTI) hərəkət qatarlarının
material hissəsini, avadanlıqları və istismar
proseslərinin təhlükəsiz yerinə yetirilməsi
üsullarını öyrənirlər. Lokomotiv briqadalarının
hazırlanmasından ötrü işləyən
trenajorlarla avadanlıqlaşdırılmış
xüsusi sinif də mövcuddur.

Bundan başqa, bütün bölmələrdə
təlimatların, təhlükəsizlik texnikası
və əmək mühafizəsi qaydalarının
öyrənilməsi üzrə texniki kabinetlər,
yaxud guşələr də var.
Istehsalat yenilikçilərinin və səmərələşdiricilərin
məhsuldar fəaliyyətindən ötrü Bakı
metropolitenində texniki yeniliklərin tətbiqinə
və lazımi şəraitin yaradılmasına böyük
diqqət verilir. Hər il yeni texnikanın və qabaqcıl
texnologiyanın tətbiqi planları işlənib
hazırlanır.
Bu əmək şəraitinin yaxşılaşdırılmasına,
hərəkət qatarlarının hərəkət
təhlüksizliyinin və istismarının etibarlığının
artırılmasına, energetik, maliyyə və material
ehtiyatlarının qənaət olunmasına, həm
daşınma prosesinin, həm də eskalator, ventilyasiya
və nasos təsərrüfatının dispetçer
idarəetmə sxemlərinin modernləşdirilməsinə
imkan verir.
Məlum olduğu kimi 1993-1995-ci illərdə
Bakı metropolitenində terror aktları həyata
keçirilmişdir. Nəticədə insanlar həlak
olmuş, texnika, hərəkət qatarları və
stansiya avadanlıqları sıradan çıxmışdır.
Bu kimi halların qarşısının alınması,
metroda sərnişinlərin daxil olmasına və
metrodakı davranışına nəzarətin gücləndirilməsi
məqsədilə hazırda bütün stansiyaların
vestibüllərində, platformalarında aə eskalatorlarda
göstəriciləri (dispetçer) mərkəzində
və stansiya rəislərinin otaqlarında qurulan
monitorlara verilmək şərtilə telenəzarət
həyata keçirilir.
Sərnişinlərə xidmət mədəniyyətinin
yaxşılaşdırılması, habelə ANM-lərdən
keçən sərnişin axınının düzgün
hesablanması məqsədilə, məlumatların
fərdi kompüterlərə və monitoralara verilməsi
şərtilə gediş haqqının smart-kartlarla
ödənilməsinin yeni sisteminin tətbiqi ilə
birlikdə jetonların istifadə edilməsindən
ötrü elektron hissəsi modernləşdirilməklə
köhnə ANM-73-lərin təkmilləşdirilməsi
üzrə işlər aparılır.
Istehsalat proseslərinin kompüterləşdirilməsi,
xidməti yerlərdə kompüterlərin tətbiqi
işin operativliyini xeyli yaxşılaşdırmışdır.
Gələcəkdə Bakı metropoliteni xətlərinin
uzunluğu qoşaxətli hesabdan 52 kilometrə, stansiyaların
sayı isə 32-yə çatmalıdır. Vaqon parkının
təmiri, detalların, qovşaqların və ehtiyac
hissələrinin hazırlanması üzrə güclü
mexaniki bazanın inşası ilə birlikdə şəhərin
dağüstü yaylasının şimal-qərb
hissəsində ikinci elektrik deposu yaradılacaq.
Iftixarla qeyd etməliyik ki, Bakı metropoliteninin fəaliyyəti
həmişə Azərbaycan Respublikasının
Prezidenti Heydar Əlirza oğlu Əliyevin diqqət
mərkəzindədir. Vaxtı ilə onun bilavasitə
nəzarəti və yardımı sayəsində
Bakı metropoliteninin qazma şəraitinin ən mürəkkəb
və xətlərinin uzunluğuna görə ən
böyük ikinci sahəsi istismara verilmişdir. Metropolitenin
ehtiyac, çətinlik və problemlərinə dərindən
bələd olan Heydər Əlirza oğlu Əliyev
həmişə Bakı metropoliteninində bütün
müraciətlərinə böyük diqqətlə
və səmimiyyətlə yanaşır. Buna görə
biz hörmətli Prezidentimizə hədsiz minnətdarıq
və ona ən səmimi təşəkkürümüzü
bildiririk.
Bakı metropoliteninin rəisi
T.M.Əhmədov
|
|
 |