23 октября 2019 0:00
Hədiyyələrin alınması, dizayn xidmətləri, çap və videoçarxların çəkilməsi işlərinin satınalınması tenderi
“20” noyabr 2019-cu il tarixinə keçirilib
Bildiriş “Bakı Metropoliteni” QSC tərəfindən “04 ” noyabr 2019-cu il saat 1600-da keçirilməsi nəzərdə tutulan “Əlamətdar günlərlə bağlı hədiyyələrin alınması, dizayn xidmətləri, çap və videoçarxların çəkilməsi işlərinin satınalınması” üzrə Açıq Tenderin vaxtı “20” noyabr 2019-cu il tarixə saat 16:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “08” noyabr 2019-cu il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə “19” noyabr 2019-cu il saat 16:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası