15 May 2022 20:51

“Bakı Marafonu-2022”də metropolitençi 207-ci nəticə göstərib

10 nəfərdən ibarət komanda ilə “Küləyə qalib gələnlər” sırasında

Pandemiya səbəbilə ötən iki il ərzində keçirilməyən Bakı marafonu Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilib. Mayın 15-də yenidən yeni format, ruh və marşrutda təşkil edilən “Bakı Marafonu-2022”də “Bakı Metropoliteni” QSC-nin komandası da iştirak edib.
“Küləyə qalib gəl” şüarı altında sayca 5-ci dəfə təşkil edilən və 21 km məsafəni qət edənlər sırasında metropolitençilərin nəticələri yüksək qiymətləndirilə bilər. Vaqonların əsaslı təmiri xidmətinin ustası Şahin Məmmədov ən yüksək nəticəyə nail olaraq, bütün iştirakçılar arasında fəxri 207-ci yeri tutub. Finiş xəttini keçən ilk 500 nəfər arasında qatar maşinisti Əli Nəcəfov da (467-ci yer) yer alıb.
İlk min nəfər sırasına Elektromexanika xidmətinin qazanxana maşinisti İntizam Bayramov (700-cü yer), Depolar üzrə iş departamentinin akkumulyatorçusu Turan Mirzəyev (716-cı yer), Tunel qurğuları xidmətinin ustası Elşən Kamalzadə (933-cü yer), Depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov da (947-ci yer) daxil olublar.
İkinci minlikdə yer alan Depolar üzrə iş departamentinin ustası Emil Orucov (1076-cı yer) və təmir üzrə çilingəri Sani Hüseynov (1077-ci yer), Tunel qurğuları xidmətinin süni qurğular və yol baxıcısı Aydın Həmzətov (1319-cu yer), Tikinti departamenti Dəmir yolunun tikintisi və əsaslı təmiri dəstəsinin yol montyoru Aqil Əzizov (1635-ci yer) nəticələrini də yüksək qiymətləndirmək olar.
Əsas məqsədi bədən tərbiyəsi və idmanı, sağlam həyat tərzini təbliğ edən yarışda iştirak edən həmkarlarımızı təbrik edirik. 

 





Bütün xəbərlər