14 Yanvar 2022 14:45

Metropolitendə könüllü qanvermə aksiyası keçirilib

2022-ci ilin ikinci tədbiri

“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının  birgə təşkilatçılığı ilə QSC İdarə aparatının binasında və "Nərimanov" elektrik deposunda ənənəvi qanvermə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd qan donorluğuna ehtiyacı olan insanlara yardım etmək olub.
Aksiya Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqlarının tam nəzarəti altında keçirilib. Peşəkar tibb briqadasının mütəxəssisləri hər bir donoru müayinə edib, könüllülərdən qan nümunələri götürülüb və yekun rəy verilib.
Aksiyaya qoşulanlardan 266 nəfər qan donoru olub.
Tədbirin gedişində Mərkəzi Qan Bankının nümayəndələri qan donorluğunun əhəmiyyəti ilə bağlı metropolitençilərə məlumat verib, qanvermənin insanın öz sağlamlığı baxımından əhəmiyyətindən də söz açıblar.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə 2015-ci ildən “Bakı Metropoliteni” QSC-də qanvermə aksiyası hər il ənənəvi olaraq təşkil edilir. 





Bütün xəbərlər