07 Yanvar 2022 11:00

Platforma növbətçisi vəzifəsinə işçi qəbulu elan edilir

Ərizələr yanvarın 25-dək qəbul olunur

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə işçi qəbulu elan edir.
Müsabiqədə iştirak etmək istəyənlərə əsas tələblər aşağıdakılardır:

- təhsil: ali və ya texniki peşə;
- yaş həddi: 30 yaşına qədər;
- hərbi bilet (yararlılıq kateqoriyası ilə kişi namizədlər üçün);
- boy: qadın namizədlər üçün 160 sm və daha uca, kişi namizədlər üçün 165 sm və daha uca.

Seçim məntiq testi və müsahibə keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 (bir) ay müddətinə xüsusi hazırlıq kursuna buraxılacaqlar.
Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar.
Yüksək bal toplayanlar sərnişin platforması üzrə növbətçi (HSPN) vəzifəsinə qəbul ediləcəklər.
İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Elektron ərizələr yalnız yanvar ayının 10-dan 25 -nə qədər olan tarixdə qəbul edilir.
Elektron müraciət doldurularkən, müvafiq xanaya, iddia etdiyiniz vəzifə kimi, mütləq qaydada platforma növbətçisi və ya HSPN yazılmalıdır.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq qaydada “platforma növbətçisi” və ya “HSPN” qeydi olmayan elektron ərizələr ərizə bankına daxil olmur.





Bütün xəbərlər