08 Noyabr 2021 10:05

“Sizinlə qürur duyuruq” layihəsi “8 Noyabr” stansiyasında davam edir

Zəfər Günü və Metropolitençilərin Peşə Bayramı Günü münasibətilə

Sentyabrın 27-də Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın Anım Günündə “Bakı Metropoliteni” QSC-nin başladığı silsilə layihələrdən biri də 44 günlük Zəfər tarixinin yazılmasının iştirakçısı olmuş qəhrəman metropolitençilərə həsr olunub.
Sosial platformalarda geniş təqdim olunan metropolitençi Vətən müharibəsi iştirakçılarına həsr olunmuş sərgi “8 Noyabr” stansiyasında təqdim olunur.
Stendlərdə qəhrəman metropolitençilər haqqında, onların keçdiyi döyüş yolu ilə bağlı qısa məlumatlar təqdim olunur.
Bununla yanaşı, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar metropolitenin stansiyalarında dövlət rəmzləri ilə bəzədilib, poster və digər məlumatverici lövhələr quraşdırılıb. Stansiya və qatarların monitorlarında elektron posterlər nümayiş olunur.
Həmçinin 81-765B/766B tipli vaqon qapılarında “8 Noyabr” tərtibatı quraşdırılıb. Bütün qatarların ön hissəsi Zəfər tarixinin rəmzinə çevrilmiş Xarıbülbüllə bəzədilib.





Bütün xəbərlər