10 İyun 2015 0:00

Yarışlara bileti olan tamaşaçılar həmin gün metrodan pulsuz istifadə edəcəklər

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər həmin günə olan bileti şəxsiyyət vəsiqəsi ilə təqdim etməlidirlər.

İyunun 12-dən 28-nə kimi paytaxtımızda keçiriləcək Birinci Avropa Oyunları zamanı Bakı Metropolitenindən istifadə edəcək tamaşaçılara xoş müjdə var.
Məlum olduğu kimi, Bakı 2015 Avropa Oyunlarının iyunun 12-də keçiriləcək açılış və ayın 28-ə təyin edilmiş bağlanış mərasimlərinə bileti olan tamaşaçılara həmin gün Bakı metropolitenindən pulsuz istifadə etməsi barədə qərar qəbul edilmişdi.
“Bakı Metropoliteni”QSC-nin rəhbərliyi bildirir ki, qəbul edilmiş son qərara əsasən, Avropa Oyunlarında yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər həmin günə olan bileti, şəxsiyyət vəsiqəsi ilə birlikdə olmaq şərtilə, təqdim edərək, metrodan pulsuz istifadə edə biləcəklər.





Bütün xəbərlər