29 Yanvar 2021 11:39

Qatar maşinisti peşəsinə seçim elan edilir

Tələblərə uyğun gələn gəncləri fəal olmağa dəvət edirik

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir.
Seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:

• * yaşı 24-30 arasında olan kişiqadın namizədlər;
• * ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
• * kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Seçim məntiq testi, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq.
Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.
Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5–6 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Ərizə forması doldurularkən bir məqama xüsusi diqqət olunmalıdır: elektron müraciətdə, iddia etdiyiniz peşə kimi “MAŞİNİST” peşəsi mütləq qaydada göstərilməlidir.

 Elektron ərizələr 1 fevral 2021-ci il tarixindən 15 fevral 2021-ci il tarixinə qədər qəbul edilir.





Bütün xəbərlər